Hollivud ulduzu “Oskar” mükafatını əritdirib güllə hazırlatmaq istəyir
15 sentyabr 2023 13:25 (UTC +04:00)

Hollivud ulduzu “Oskar” mükafatını əritdirib güllə hazırlatmaq istəyir

Amerikalı aktyor və rejissor Şon Penn verdiyi müsahibədə maraqlı fikir səsləndirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, aldığı “Oskar” mükafatını əritdirib, güllə hazırlatmaq istədiyini deyib.

“Düşündüm ki, bu heykəlcik mənim nəyimə lazımdır. Ondansa əridim, güllə hazırladıb Ukrayna ordusuna göndərim. Rusiya-Ukrayna savaşında Ukraynanı dəstəkləyirəm. Bu güllələri hədiyyə olaraq,  Zelenskiyə göndərmək istəyirdim”,- deyə 63 yaşlı aktyor qeyd edib.

Qeyd edək ki, Şon Penn Ukrayna müharibəsi haqqında sənədli film hazırlayır. O, konflikt başlayandan 3 dəfə Kiyevə səfərə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2949

Oxşar yazılar