"Həbsxana kişi üçündür" - Rəqsanə Manafdan danışdı
24 fevral 2022 14:31 (UTC +04:00)

"Həbsxana kişi üçündür" - Rəqsanə Manafdan danışdı

Müğənni Rəqsanə İsmayılova 15 sutka həbs olunan həmkarı Manaf Ağayev barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədəki səhifəsində canlı açaraq, bu sözləri deyib:

"Qanunlar istər Rəqsanə, istər digər vətəndaşlar üçün keçərlidir. Belə də ki, həbsxana kişi üçündür. Hər birimiz çətin gündə bir-birimizə dəstək olmalıyıq. Əgər dövlət tərəfindən ora girmək qadağası varsa, icazə almalıyıq. Bizi tərifləyən insanlar başımıza nəsə gələndə, başlayırlar haqqımızda pis şərhlər yazmağa. Manafın bu addımı qanunla yoluna qoyulmasaydı, sabah insanlar deyəcəkdi, müğənni getdi, gəldi, özünü göstərdi, ona heç nə etmədilər.

Bilirik ki, Manaf Ağayev Füzuli rayonundandır və torpaqlarımız düşmən tapdağından azad olunub. Manaf Ağayev də ola bilsin ki, icazəsiz ora gedib. İcazə alınmayıb. Allah qapısını açsın, deyək. Manaf çox yaxşı oğlandır. Ona da, ailəsinə də çox böyük hörmətim var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4734
avatar

Oxşar yazılar