Həbsdən çıxan Gülşəndən İLK PAYLAŞIM
01 dekabr 2022 11:05 (UTC +04:00)

Həbsdən çıxan Gülşəndən İLK PAYLAŞIM

Türkiyənin məşhur pop ulduzu Gülşəndən yeni xəbər var.

Lent.az xəbər verir ki, o, uzun müddət sonra "Instagram" hesabında öz "Spotify" statistikasını paylaşıb.

Paylaşımda "Mahnılarım qollarımdır. Harada olsaq da, bir-birimizi qucaqlayırıq. Sizi sevirəm”, - deyə, o, yazıb.

Xatırladaq ki, Gülşən İmam Hatip liseyi ilə bağlı qalmaqallı sözlərinə görə bu ilin avqust ayında həbs olunub. Daha sonra ev dustaqlığına buraxılan və üzərindən bütün qadağalar götürülən ifaçı Türkiyədən köçərək, Barselonada oğlunun yanına gedib.

# 3666
avatar

Nigar Namiq

Oxşar yazılar