Elzanın 2000 manata yaxın borcu var - Polisdən AÇIQLAMA
30 noyabr 2022 17:20 (UTC +04:00)

Elzanın 2000 manata yaxın borcu var - Polisdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müğənni Elza Seyidcahanın avtomobili ödənişlərin gecikməsinə görə, cərimə meydançasına yerləşdirilib.

Lent.az xəbər verir ki, əməkdar artist efirdə bu barədə danışarkən maddi durumunun zəif olması səbəbilə cəriməni ödəməkdə çətinlik çəkdiyini bildirib.

Məsələ ilə bağlı Lent.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtlərini açıqlayıb:

“Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olandan sonra 10 gün ərzində ödənərsə 10 faiz güzəşt edilir. Yəni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunandan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra, hər ötən gün üçün cərimənin 1 faiz dəbbə pulu da gəlir. İkinci ayın tamamında avtomobilin saxlanılması üçün avtomatik olaraq sistem qərar qəbul edir. Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürcülük hüququnun məhdulaşdırıması ilə bağlı qərar qəbul edə bilər.

Bu zaman “pulum yoxdur” kimi ifadələrin işlədilməsi avtomobil sahibinə hüquq qazandırmır. Belə ifadə cərimənin ödənilməməsi üçün əsas deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək vacibdir”.

Araz Əsgərli əlavə olaraq bildirib ki, yol polisləri Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı onu öz avtomobillərində ATV kanalında gedən “Günün Sədası” proqramına şəxsən aparıb və sənətçinin yüklərinə qədər ona kömək ediblər.

Həmçinin məlumata görə, müğənni Elza Seyidcahanın yol hərəkəti qaydalarının pozulmasına görə, ümumilikdə 2000 manata yaxın borcu yaranıb. Hazırda borcdan 1500 manatın ödəniş vaxtıdır. Əldə etdiyimiz məlumata görə, müğənni avtomobili etibarnaməsiz idarə edirmiş. Nəqliyyat vasitəsi isə Elza Seyidcahanın qızının adınadır.

# 4923
avatar

Oxşar yazılar

24 yaşında orta məktəbi bitirdi

24 yaşında orta məktəbi bitirdi

28 yanvar 2023 , 14:19
Hülva Avşarın bir milyonluq  saatı - FOTO

Hülva Avşarın bir milyonluq saatı - FOTO

28 yanvar 2023 , 13:21
Hande Erçelin 36 minlik  geyimi -FOTO

Hande Erçelin 36 minlik geyimi -FOTO

28 yanvar 2023 , 10:25
Bu da 53 yaşlı supermodelin uşaqlıq FOTO su

Bu da 53 yaşlı supermodelin uşaqlıq FOTOsu

27 yanvar 2023 , 19:47
Bu məşhur 7-ci dəfə  EVLƏNDİ  - FOTO

Bu məşhur 7-ci dəfə EVLƏNDİ - FOTO

27 yanvar 2023 , 18:48
Azərbaycanlı məşhurlar səfirliyimizdəki terrorla bağlı  NƏLƏR SÖYLƏDİLƏR?

Azərbaycanlı məşhurlar səfirliyimizdəki terrorla bağlı NƏLƏR SÖYLƏDİLƏR?

27 yanvar 2023 , 18:22
Adı Pərvin Abıyeva ilə hallandı, ailəsi onu atıb Almaniyaya getdi – Göz önündə

Adı Pərvin Abıyeva ilə hallandı, ailəsi onu atıb Almaniyaya getdi – Göz önündə

27 yanvar 2023 , 18:00
Tanınmış cütlük yenidən  BARIŞDI?:  Bir-birilərini...

Tanınmış cütlük yenidən BARIŞDI?: Bir-birilərini...

27 yanvar 2023 , 17:29