Britaniya kralı və kraliçası nə üçün  ayrı otaqlarda   yatır?
17 may 2023 19:00 (UTC +04:00)

Britaniya kralı və kraliçası nə üçün ayrı otaqlarda yatır?

Britaniya kralı III Karl və xanımı, kraliça Kamillanın ayrı-ayrı yataq otaqlarında gecələdiyi məlum olub.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, onların ayrı yatmasına səbəb kralın bel ağrılarıdır. O hətta səfərlərə də öz şəxsi yastığı ilə gedir.

“Kral bəzən alt paltarında gimnastika əməliyyatları edir, o başı üstə ayaqları yuxa dayanır. Bunu edərkən akrobatlardan seçilmir. Həkimin məsləhət etdiyi bu fiziki hərəkətlər boyun və belində yaranmış ağrıları aradan qaldırmaq üçün yaxşı vasitədir”, - şahzadə Harri müsahibələrinin birində bildirib.

O, atasının bu travmanın səbəbini polo oynayarkən atdan yıxılması ilə izah edib.
 

# 2925
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar