Beli sınan aktrisa  adını dəyişib   Bel qoymaq istəyir
25 yanvar 2024 19:29 (UTC +04:00)

Beli sınan aktrisa adını dəyişib Bel qoymaq istəyir

Məşhur aktrisa Belçim Bilgin keçirdiyi qəzadan sonra adını dəyişməyi düşündüyünü açıqlayıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktrisa qonaq olduğu proqramlardan birində belini sındırmasından danışıb.

"Kapadokyadan qayıdarkən avtomobil qəzası keçirdik, maşında heç kimə heç nə olmadı, mənim belim qırıldı. 6 ay evimdə hərəkətsiz yatdım. Allaha şükür indi yaxşıyam”.

Aktrisa bildirib ki, bu qəzadan sonra adını dəyişmək qərarına gəlib. 

“Öncə sadəcə “Bel” olmaq istədim. Sonra adıma məna yükləmək istədim. Ona görə Bi olacam”.

O, adını  ingilis dilindən tərcümədə “Olmaq” mənasını verən  “Bi” kəlməsi ilə əvəzləmək istədiyini söyləyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5739
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar