Azərbaycanlı müğənni 12-ci dəfə əməliyyata girir: "8 dəfə xəstəlik..."  - VİDEO
22 aprel 2021 11:00 (UTC +04:00)

Azərbaycanlı müğənni 12-ci dəfə əməliyyata girir: "8 dəfə xəstəlik..." - VİDEO

Müğənni Mənzurə Musayeva 12-ci dəfə əməliyyat etdirəcək.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yaxın günlərdə əməliyyat masasına uzanacaq:

“Mən heç zaman plastik əməliyyat etdirməmişəm. Mən yazıq 8 dəfə xəstəliyə görə əməliyyat etdirmişəm. Düz 3 dəfə də burun əməliyyatı olub. Bu dəfə isə üzümdə dəyişiklik etdirmək istəyirəm. Gözəlliyimə gözəllik qatmaq istəyirəm. Üzümü dartdırmaq istəyirəm. Hamısı etdirib, mən də etdirəcəm. Burda nə var ki? Mən hər zaman gözəl olmuşam. Sadəcə, burnumda problem var idi. İki dəfə həkim düzgün etmədi. Amma üçüncü burun əməliyyatım uğurlu oldu. Məni yaxından tanıyanlar bilir ki, bədən şəkilləndirmə əməliyyatım olmayıb. Yəni bədənim əməliyyat deyil. Sadəcə, pandemiya vaxtı kökəlmişdim, indi 10 kilo arıqlamışam”.

 

Qeyd edək ki, sözügedən açıqlamaya aşağıdakı videonun 25-ci dəqiqəsindən sonra baxa bilərsiniz:

Müğənni Mənzurə Musayeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5529
avatar

Yalçın UĞUR

Oxşar yazılar