Aleyna Tilkinin reklamdan qazandığı  ŞOK MƏBLƏĞ
13 avqust 2022 14:31 (UTC +04:00)

Aleyna Tilkinin reklamdan qazandığı ŞOK MƏBLƏĞ

Geyimləri ilə hər dəfə özündən söz etdirən türkiyəli müğənni Aleyna Tilki bu dəfə reklamdan qazandığı pulla gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk reklamından 2.5 milyon lirə, 2-ci və 3-cü çəkilişlərin hərəsindən isə 4 milyon lirə qazanıb.

İfaçı ümumilikdə 10.5 milyon lirə (təxminən 998 min manat) qonorar əldə edib. 

Məlumata görə, qazandığı pullara yalnız daşınmaz əmlak (torpaq) alır.

# 2961
avatar

Oxşar yazılar