Al Paçinonu  bir qadın oğurlamaq istəyib
21 oktyabr 2024 16:31 (UTC +04:00)

Al Paçinonu bir qadın oğurlamaq istəyib

“Xaç atası”, “Gucci evi” və “Əsl oğlanlar” filmləri ilə tanınan amerikalı aktyor Al Paçino həyatında baş verən qəribə hadisədən danışıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ulduzun sözlərinə görə, o, az qala adam oğurluğunun qurbanı olacaqdı. 

Aktyor xatirələrində uzun illər əvvəl başına gələn bir hadisəni danışıb. "Xaç atası" filminin nümayişindən sonra Al Paçino dərhal tanınmağa başladı.
Və bir gün o, qardaşı ilə spirtli içki içib otelə yol tapa bilməyəndə gözlənilmədən bir qadın ona kömək etmək qərarına gəlib.

“Onun maşınına mindik, hətta sərxoş halda da, məni qaldığım yerə aparmadığını anladım. Burada nə baş verir?" deyə soruşdum və maşından düşmək istədim. Lakin qadın dayanmadı və yoluna davam etdi. O mənə səni qaçırıram, dedi. Qardaşımı oyatdım və biz onu maşını saxlama məcbur etdik. Hələ də qadının kimliyini bilmirəm" -deyə 84 yaşlı aktyor bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar