24 yaşlı məşhur aktrisa evində  ölü tapıldı
17 fevral 2025 17:52 (UTC +04:00)

24 yaşlı məşhur aktrisa evində ölü tapıldı

24 yaşlı məşhur cənubi koreyalı aktrisa evində ölü tapıldı

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, evində ölü tapılan aktrisa Kim Se Ron Cənubi Koreyanın ən perspektivli ulduzlarından biri idi və bir sıra uğur qazanan filmlərdə çəkilmişdi.

Dostları polis çağırıb, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətləri aşkar etməyib. O, sonuncu dəfə 2023-cü ildə yayımlanan məşhur Netflix serialı "İt izi"də rol alıb. Lakin onun karyerası 2022-ci ildə sərxoş halda avtomobilini idarə edərək qəza törətməsindən sonra geriləməyə başlayıb.

Aktrisanın maşını bir neçə tikiliyə, o cümlədən transformatorlara, baryerlərə və küçə ağaclarına çırpılıb. Qəza nəticəsində transformator sıradan çıxıb və həmin ərazidə 57 obyektin, o cümlədən yaxınlıqdakı mağazaların elektrik enerjisi 3 saat müddətinə kəsilib, bu da ticarətə zərər vurub.

Hadisəyə görə Kim Se Ron 20 milyon von (10 000 ABŞ dollarından çox) məbləğində cərimələnib və əsasən aktyorluq karyerasından imtina edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3106

Oxşar yazılar

Xəyanətini etiraf edən  5 Hollivud ULDUZU

Xəyanətini etiraf edən 5 Hollivud ULDUZU

2 iyun 2025 , 18:12
Aysunun keçmiş əri 3-cü dəfə  gənc qızla evləndi-VİDEO

Aysunun keçmiş əri 3-cü dəfə gənc qızla evləndi-VİDEO

2 iyun 2025 , 15:08
Məşhur modelin fotoları YAYILDI

Məşhur modelin fotoları YAYILDI

2 iyun 2025 , 13:55
Ceki Çan xatirələrini  bölüşdü: "Atam CASUS  olub"

Ceki Çan xatirələrini bölüşdü: "Atam CASUS olub"

2 iyun 2025 , 13:09
Nura Suridən BİR TƏSƏLLİ

Nura Suridən BİR TƏSƏLLİ

2 iyun 2025 , 12:01
Miri Yusif   Türkiyədən Bakıya köçür - VİDEO

Miri Yusif Türkiyədən Bakıya köçür - VİDEO

2 iyun 2025 , 11:52
Məşhurlar Bodrumda: Qucağında  sahilə apardı  -FOTOLENT

Məşhurlar Bodrumda: Qucağında sahilə apardı -FOTOLENT

2 iyun 2025 , 10:28
Valeri Mahaffey

Serialların ulduzu öldü

1 iyun 2025 , 12:57