Müğənni türkiyəli nişanlısı ilə Bakıya gələcək
Müğənni Yeganənin bir ildən artıqdır, Türkiyədə yaşamasının səbəbləri məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı müğənni Yeganənin Türkiyədən ayrıla bilməməsinin səbəbi əsasən şəxsi həyatı ilə bağlıdır. Gənc və subay müğənnimiz gələcək həyat yoldaşını məhz Türkiyədə tapıb. Hətta bu ikili arasında artıq nişan mərasimi də keçirilib.
Ötən həftə sonu Bakıya qısamüddətli səfəri zamanı Yeganə Lent.az-a məlumatı təsdiqləyib. Hətta müğənni onu da diqqətimizə çatdırıb ki, bu həftə sonu o türk nişanlısı ilə birgə yenidən Bakıya gələcək və ikili ilk dəfə olaraq ,bu səfər müddətində yerli media və ictimaiyyətin qarşısına çıxacaq.
Müğənni onu da qeyd edib ki, nişanlısı ilə bərabər o Bakıya yeni albomu və yeni klipi ilə birgə gələcək: “Bu dəfə çox qısa müddətdə Bakıda oldum. Həmvətənlilərimin qarşısına boş çıxmaq istəmədim və bu səbəbdən də bütün televiziya proqramlarında çıxışımı, mediaya açıqlamalarımı növbəti səfərə saxladım. Bu həftənin sonu yenidən Bakıya gələcəyəm. İlk dəfə olaraq, türk nişanlımla sizlərin qarşısına çıxacağam. Şəxsi həyatımda edəcəyim dəyişikliyi ilk sizin bilmənizi istəyirəm. Bu zamana kimi Türkiyədə bir çox paparazilər bizi yaxalamaq istəsələr də, bu istəkləri boşa çıxıb. Ancaq Bakı əhlinə nişanlımı öz istəyimlə göstərəcəyəm. Sizinlə tanış edəcəyəm və xeyir-duanızı alacağam”.
Yeganə bildirib ki, Almaniyada hazırlanan albomu və albomda yer alan “Aşkolik” mahnısına çəkilən klipi də o gələcək həyat yoldaşı ilə birgə Bakıda təqdim edəcək. Bunun üçün müğənni mətbuat konfransı keçirməyi və bu tədbirdə nişanlısı ilə birgə iştirakını nəzərdə tutur. Sənətçi bu səfərdə nişanlısına həm də Bakını gəzdirəcək. Eyni zamanda o, ikili yaxın müddət üçün planlaşdıqları toy mərasimi barədə də bütün açıqlamalarını verəcəklər. Müğənninin türk nişanlısının adı, yaşı və işlədiyi sahəni isə Yeganə ilə birgə Bakıya gələcək müğənnin nişanlısı açıqlayacaq.

1006