Aysel ilk konsertini Türkiyədə verəcək
“Bu hadisələr məni çox üzdü...”
Son günlər Azərbaycanla Türkiyə arasında yaşanan gərginlik ölkəmizi sonuncu “Eurovision” mahnı yarışmasında təmsil etmiş müğənni Ayseli də üzüb. Lent.az-ın məlumatına görə, gənc müğənni bu mövzu ilə bağlı fikirlərini Türkiyənin Doğan Xəbər Agentliyilə bölüşüb.
Ölkələr arasındakı gərginliyi kədərlə qarşıladığını deyən müğənni türklərlə azərbaycanlıların sona qədər qardaş qalacağını vurğulayıb: “Son günlərdə iki ölkə arasındakı ürək açmayan məsələlər məni çox üzdü. Ümid edirəm hər şey qısa müddətdə yoluna düşəcək. Türkiyəni çox sevirəm”.
İlk albomu ilə bağlı işlərini bir aydan çoxdur İsveçdə “Warner Music” istehsal şirkəti studiyalarında davam etdirdiyini deyən Aysel çox həyəcanlı olduğunu və mahnı seçimlərini “vasvasılıqla etməyə çalışdığını” söyləyib.
Türkiyədə menecerliyini “Çağrı Prodüksiyon Teoman Tanrıverdi”nin boynuna götürdüyünü qeyd edən Aysel “Albomdan sonra ilk konsertimi Türkiyədə vermək istəyirəm. “Eurovision”da duet ortağım olan Araşın bəstələdiyi mahnılar albomumda yer alacaq. Konsert turnem Türkiyədən sonra Rusiya, Ukrayna və Avropa ölkələrində davam edəcək” – deyib.

634