İlhamə Quliyeva əməliyyat olunacaq
İlhamə Quliyeva yenidən əməliyyat masasına oturacaq.
Bu barədə Lent.az-a müğənninin mətbuat katibi Faiq Ələkbərli açıqlama verib: “Bu əvvəlki əməliyyatdan kəskin fərqlənəcək. Çünki kosmetik əməliyyatdır. Əməliyyatdan sonra İlhamə Quliyevanın ayağında izlər qalmışdı. Növbəti əməliyyat həmin izləri aradan götürmək məqsədilə həyata keçiriləcək”.
İlhamə Quliyeva yaxın bir həftə ərzində təkrar “Neftçilər” xəstəxanasına yollanacaq.
Mətbuat katibi konsert keçirməyi planlaşdıran İlhamə Quliyevanın əməliyyatdan sonra layihəsinə başlayacağını deyib: “Bu o qədər də böyük əməliyyat deyil. İlhamə xanım nəzərdə tutduğu işlərini yarıda qoymayacaq”.
Lalə Yusifqızı

718