Tanınmış aktrisanın qızının toyunda qalmaqal
Tünzalə Ağayeva və Bəsti Cəfərova küsüb getdilər...
Dünən Bakının şadlıq evlərindən birində aktrisa Mehriban Xanlarovanın qızının toy mərasimi baş tutub. Lent.az-ın məlumatına görə, aktrisanın qızı Ayselin və kürəkəni Tariyelin toyunda qonaqların əksəriyyəti aktyorlar və sənət adamları olub: Nurəddin Mehdixanlı, Məleykə Əsədova, Yaşar Nuri, Anar Heybətov, Firəngiz Mütəllimova və bacısı Nərgiz Mütəllimova, Ofeliya Sənani, Səidə Quliyeva,Telman Adıgözəlov, Dilarə Əliyeva, Vəfa Zeynalova və digər tanınmışlar...
Toy mərasimi xüsusi dəbədəbəsi ilə yadda qalmayıb. Məclisin ilk saatlarında aktrisa Bəsti Cəfərova küsərək məclisi tərk edib, az sonra bu siyahıya Tünzalə Ağayeva da qoşulub.
Hadisəni yaxından təqib edən qonaqlardan biri Bəsti Cəfərovanın məclisdə özünə yer tapa bilmədiyi üçün incidiyini, Tünzalə Ağayevanınsa mahnı ifa etmək üçün növbə gözləməli olduğundan məclisi tərk etdiyini deyib.
Aktrisa özü gözəlliyi ilə toyda xüsusilə diqqət mərkəzində olub. Qızını ticarətçiyə ərə verdiyini açıqlayan Xanlarova xoşbəxtlik üçün pulun əhəmiyyətli olmadığını deyib: “Mənim üçün pul heç vaxt əhəmiyyətli olmayıb. Ayselin xoşbəxtliyi daha vacibdir”.
Xoşbəxt cütlük bir-birlərini çox sevdiklərini və təsadüfən tanış olduqlarını bildiriblər.
Mehriban Xanlarovanı təbrik etməyə gələn müğənnilər arasında Nazpəri Dostəliyeva, Natəvan Həbibi, Elnur, Zümrüd Məmmədova, Elza Seyidcahan, Arzu Rzayev, Firuzə İbadova, Cavanşir Məmmədov, Kərim və digər sənətçilər olub.
Qeyd edək ki, müğənninin yeganə qızı Ayselin 19, Tariyelin isə 28 yaşı var.
Lalə Yusifqızı

2684