Mətanət İsgəndərli seçim etməkdə çətinlik çəkir
16 oktyabr 2009 14:30 (UTC +04:00)

Mətanət İsgəndərli seçim etməkdə çətinlik çəkir

Müğənniyə oğlu Kərim yardım etməyə çalışır

Yaradıcılığına fasilə verən əməkdar artist Mətanət İsgəndərli durğunluğa son verməyə hazırlaşır.


Müğənni uzun sürən fasilədən sonra klip çəkdirmək arzusunda olduğunu Lent.az-a açıqlayıb: “Neçə vaxt idi ki, atamın xəstəliyinə görə başım qarışıq idi. İndi vəziyyəti yaxşıdır. Artıq işə başlamaq olar. Hazırda iki sevdiyim - “Bir gün” və “Sən bilə-bilə” mahnılarından birinə klip çəkdirmək istəyirəm. Amma hansına olacaq, deyə bilmərəm”.


Müğənni kömək üçün oğlu Kərimə müraciət etdiyini deyib: “Mənim qərarsız olduğumu görən Kərim “Bir gün” mahnısına klip çəkdirməyimi məsləhət görüb”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar