Maradonanın azərbaycanlı rəssam dostu sərgisi açıb
Dünən Bakının əyləncə məkanlarından birində rəssam Vüqar Muradovun sərgisi keçirilib.
“VuqarT” adlı sərgidə Azərbaycanın məşhur simaları və eləcə də müxtəlif səfirliklərin nümayəndələri iştirak edib. Lent.az-ın məlumatına görə, sərgiyə Rüstəm İbrahimbəyov, Nikita Mixailkov kimi məşhurlar da qatılıb.
Qeyd edək ki, Vüqar Muradov Azərbaycanda bir o qədər tanınmasa da, xaricdə çox məşhurdur. Rəssamın əsərləri bir çox məşhurların şəxsi arxivlərində də var. Bu kimi tanınmışlar sırasına Maradona da daxildir. Rəssamın əsərini bəyənən futbolçuya rəsm əsəri Vüqar Muradov tərəfindən hədiyyə edilib.
Avropanın bir çox şəhərində, Fransa, Yaponiya, İtaliya, ABŞ, Rusiya, İsveçrə, Almaniya və digər bu kimi ölkələrdə Muradovun sərgisi keçirilib.
“VuqarT” adlı sərgidə təqdim edilən əsərlərin satışı da nəzərdə tutulub. Təkcə “Okean” adlı əsər hərrac üsulu ilə satılacaq. Əsərlərdən ən ucuzunun qiyməti 1000 manatdan başlayır.
Tədbirdə iştirak edən Bəhram Bağırzadə, Samirə, Sevda Ələkbərzadə rəsm almayacaqlarını əvvəlcədən açıqlayıb. Müğənni Samirə təbiətlə, İçərişəhərlə bağlı əsərləri bəyəndiyini bildirib: “Hərraca çıxarılacaq əsərin qiyməti az deyil, amma çox da deyil. Əgər imkanım çatsaydı, alardım. Çünki, məncə dəyər. Çox dəyərli əsərlərdir, hər kəs belə rəsmlərə sahib olmaq istəyər”.
Əməkdar artist Sevda Ələkbərzadə dostunun əsərini pulla almağın gülünc ola biləcəyini deyib: “Vüqarla çox yaxın dostuq, mənim bunun üçün pul xərcləməyim gülünc olardı” deyə bildirib. “Mən əgər hər hansısa bir əsəri istəsəm, o özü mənə hədiyyə edər. Ancaq ilkin məbləğ olaraq göstərilən 1000 manat çox azdır. Xaricdə belə əsərlər çox-çox baha satılır”.
Lalə Yusifqızı

913