Müğənni Elnarə oğluna birdən-birə 3 ad qoyub
Müğənni Elnarə oğluna bir yox, iki yox, düz üç ad qoyub. Hamiləlik dönəmində oğluna Hüseyn adı verəcəyini açıqlayan müğənni dəyişik qərarının səbəbini Lent.az-a açıqlayıb: “Düzdür, oğluma Hüseyn adını qoyacağımı demişdim. Ancaq sonradan fikrimi dəyişməli oldum. Məndən öncə oğlu dünyaya gələn Aygün Şükürova və Kənan M.M bu adı açıqladı, Röya da övladına Hüseyn adını qoymağı planlaşdırır”.
Müğənni körpənin adını açıqlayıb: “Oğlumun adı Harun Fateh Cahangirdir. Bu, düşündüyünüz qədər çətin ad deyil. Harun adı, Fateh titulu, Cahangir isə soyadıdır”.
Lalə Yusifqızı
Müğənni körpənin adını açıqlayıb: “Oğlumun adı Harun Fateh Cahangirdir. Bu, düşündüyünüz qədər çətin ad deyil. Harun adı, Fateh titulu, Cahangir isə soyadıdır”.
Lalə Yusifqızı
670