Rəqqasə Fatimə: “Türkiyənin yolları açmağına inanmıram...” – MÜSAHİBƏ
Rəqqasə Fatiməyə suallarımın hamısını verə bilmədim; müsahibənin sonuna yaxın dedi ki, “xataya düşmək istəmirəm siz Allah, daha bəsdi”. Mən də daha nə deyim? Düzü, müsahibənin davam etməsi üçün az da olsa israr eləmədim. Yəni, dərhal müsahibənin yekunlaşması təklifilə razılaşdım. Çünki o, müsahibənin başa çatması barədə istəyini elə tərzdə dedi ki, növbəti suallarıma cavab almağım çox çətin olacaqdı. Ancaq nə olur-olsun, müsahibə, daha doğrusu, onun verdiyi cavablar maraqlı alındı. Tez-tez dediyi, az qala hər cümlədə işlətdiyi, “yəni ki” kəlmələrini isə qəsdən çıxarmadım; belə, daha maraqlıdı. Çünki Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına Fatimə Fətəliyeva danışır...
- Siyasətlə nə qədər maraqlanırsınız?
- Ümumiyyətcə, siyasətlə yəni ki, o qədər maraqlanmıram. Ancaq əlbəttə ki, hər bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi, ölkəmizə aid olan şeylərlə yəni ki, daha çox maraqlanıram. Yəni ki, son zamanlar Qarabağın, yəni ki, torpaqlarımızın geri qaytarılacağı haqqında söz-söhbət gedir. Yəni ki, çox istəyərdim ki, bu belə olsun, yəni ki, torpaqlarımız geri alınsın. Son vaxtlar eşidirəm ki, Türkiyə Ermənistanla sərhədləri açmaq üçün, yəni ki, qol çəkmək məsələsi var. Yəni ki, Ermənistanla sərhədləri açmaq istəyirlər. Ancaq hələ ki, Türkiyə buna icazə vermir. Yəni ki, hansısa nəyəsə qol çəkilsə də, əsas işlərə qol çəkilməyib. Bu da nə ilə bağlıdır? Bildiyimə görə, Türkiyə istəyir ki, bizim torpaqlar qayıtsın, ondan sonra necə deyərlər, istədiklərini onlar (ermənilər) üçün etsinlər. Ancaq desəm dərindən başqa işlərlə maraqlanıram, yox, yəni ki, yalan deyərəm.
- Sizcə, bu məsələnin axırı necə qurtaracaq? Türkiyə Ermənistanla sərhədi açacaq, yoxsa Azərbaycan torpaqlarının qaytarılmasını gözləyəcək?
- Bilirsiz necədi, mən hardasa çox istəyərdim – baxmayaraq ki, mənim istəməyimlə deyil – bu, doğrudan da belə olsun. Yəni ki, bu söz-söhbətlər, yəni ki, neçə illərdir ki, gedir. Amma yəni ki, hamımız çalışıb-vuruşmalıyıq. Yəni ki, bir əldən səs çıxmaz da... Hamımız birlikdə bu işin üstünə düşsək bu, alınar, yəni, torpaqlar alınar. Qaldı ki, yəni ki, Türkiyənin yəni ki, yolları (sərhəd nəzərdə tutulur - P.A.) açmağına, mən buna inanmıram. Yəni ki, söz-söhbətlər getsə də mən inanmıram ki, o yolları açsınlar.
- Deyirsiz ki, hamımız çalışıb vuruşsaq, yəni, hərə öz üzərinə düşəni etsə, torpaqlarımızı qaytararıq. Bu məsələdə sizin üzərinizə hansı missiya düşür?
- Yəni, mənim tərəfimdən nə kömək lazım olsa, edərəm. Yəni, mən bir qadınam da, yəni ki, incəsənətə qulluq edirəm. Bu məsələdə nə olsa, eləməyə hazıram, yəni ki, hər bir Azərbaycan vətəndaşı kimi.
- Münaqişənin həll olunmasında ATƏT-in Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiz?
- Belə iş ola bilməz, yəni ki, onlar imkan verməzlər ki, qol çəkilsin (Fatimə xanım hələ də Türkiyə-Ermənistan münasibətlərindən danışır).
- Söhbət Türkiyədən getmir, mən ATƏT-in Minsk Qrupundan danışıram...
- Bilmirəm, xəbərim yoxdu.
- Azərbaycan-İran münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz?
- İranla Azərbaycan?
- Bəli.
- Yəni ki, onların bir-birinə qarşı münasibəti?
- Bəli, bəli.
- Mənə elə gəlir ki, normaldı.
- Bəs Azərbaycanın digər qonşuları ilə, məsələn, Rusiya, Gürcüstanla münasibətləri barədə nə deyə bilərsiniz?
- Rusiya-Azərbaycan... Bilirsiz, biz elə millətik ki... O qədər hamını sevən, yəni ki, qəlbimiz açıqdı da yəni ki, hamıya qarşı. Sadəcə olaraq yəni ki, onların bizə fikri necədi, onu deyə bilmərəm. Mən öz adımızdan deyə bilərəm ki, o qədər yaxşı bir xalqıq ki, mehriban xalqıq ki, özümüzün qədrini bilmirik, ancaq başqalarının qədrini bilirik. Bax, belə...
- Keçən il Gürcüstanla Rusiya arasında müharibə oldu. Həmin proseslərin Azərbaycana nə qədər təsiri oldu? Ümumiyyətlə, onu izləyirdinizmi?
- Baxıram eee... Amma ki, maraqlanmamışam. Məndə əsas odu ki, bizimkilərdən görəndə, onda hə, maraqlanıram. Maraqlanıram ki, görüm nə məsələdi. Ancaq başqa ölkələrlə yəni ki, maraqlanmıram.
- Beynəlxalq, dünya siyasətilə nə qədər maraqlanırsız?
- Eh, nə dünya siyasəti... Eşitmişəm 2010-cu ildə dünya dağılacaq.
- Necə düşünürsünüz, dünyada xristian, yoxsa müsəlman dövlətləri daha çox güclüdür?
- Get-gedə dünya müsəlmanları yəni ki, daha da güclü olacaq. Mən buna inanıram. Ona görə ki, son zamanlar baxmayaraq ki, yəni ki, imana, namaza xristianların da çoxu gəlir. Yəni, dünyanın axırı olmasa - Allah eləməsin, Allaha qurban olum – mənə elə gəlir ki, müsəlmanlar daha da çoxalacaq.
- Dünya Azərbaycanlıları Konqresini tanıyırsız?
- Dünya azərbaycanlılar konqres? Əlbəttə ki...
- Onların fəaliyyətindən nə qədər məlumatlısız?
- Yəni, məlumat deyəndə, yəni ki, həqiqi yaxından bilmirəm. Ancaq belə bilirəm ki, yəni ki, belə bir təşkilat var, pis də deyil. Yəni ki, son zamanlar hər yanda öz sözümüzü deyə bilirik. Bu, vacib məqamdı. Elə mən özümdən götürüm. Məsələn, əvvəllər xaricə qastrola gedəndə bizi tanımırdılar. Amma bugünkü gündə harasa gedib, Azərbaycan deyəndə, bilirlər ki, Azərbaycan haradı. Artıq bu, böyük şeydi.
- Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Xəbəriniz var?
- Yox, bilmirəm.
- Gələn il parlament seçkiləri keçiriləcək. Bəzi müğənnilər artıq deputat seçilmək istədiklərini bildiriblər...
- (sözümü kəsir) Elə adam var ki, mən adını deyə bilərəm. Məsələn, Tünzalə Ağayeva. Mən çox istəyərdim ki, belə bir xanım deputat olsun. Baxmayaraq ki, müğənnidi, ancaq onun o qədər gözəl danışıq qabiliyyəti var, o qədər yəni, özünü təqdim eləmək qabiliyyəti var. Mənə elə gəlir ki, yəni ki, hər müğənnini deyə bilmərəm. Çünki müğənni öz sənətilə məşğul olsa yaxşıdı. Ancaq Tünzalə xanım yox. Son zamanlar mən onu çox diqqətlə izləyirəm. Onunla yaxın deyiləm, yalnız “salam-əleyküm” var, ancaq xanım kimi hörmətim böyükdü. O xanım yəni ki, öz millətini sevən bir xanımdı və gözəl danışıq qabiliyyəti var. Mənə elə gəlir ki, əsas da odu. Yəni ki, pis alınmaz.
- Sizcə, deputat olmaqdan ötrü insana təkcə danışıq qabiliyyəti lazımdı?
- Yəni ki, əlbəttə ki, savad lazımdı. Savad olmasa, danışıq qabiliyyəti necə olar? Savadı var ki, danışıq qabiliyyəti də var. İnsanın dünyagörüşü olmalıdı. Bilirsiz necədi, bu, yaşla deyil. Elə yaşlı insanlar var ki, dünyagörüşü yoxdu. Ancaq elə cavan insan var ki, yəni ki, dünyagörüşü var, savadı da var.
- Siz özünüz nə vaxtda parlamentdə oturmaq istəməsiniz ki?
- Oy... Mən? (gülür). Yox. Mən rəqsimlə məşğul olsam yaxşıdı.
- Bəs bələdiyyə üzvü necə, olmaq istəyərsinizmi?
- Həyatı boyu. Mən özümü heç vaxt elə yerlərdə görmək istəməmişəm, yəni ki, heç görmək də istəmirəm. Əlimdən gəlməyən şeyi necə yalandan deyə bilərəm ki, bu olmaq istəyirəm. İnsanın qabağında bir məqsədi olmalıdı. Yəni, belə insan varsa, özünə inanırsa, yəni ki, bilir ki, məndən bu iş çıxar, mənim köməyi dəyə bilər, yəni ki, gedib hansısa bir yerdə otura bilərəm, gedib oturur. Ancaq gərək gedib kresloda boş-boşuna oturmasın e, “adım olsun” deyə. Mənim bir köməyim olsa, bəli. Ancaq yalandan deyim ki, “mən belə olaram”, o yalan olar axı.
- Ümumiyyətlə, ölkədə hər hansı seçki keçirilirsə, bundan xəbəriniz olurmu?
- Bütün seçkilər zamanı yəni ki, neçə-neçə bölgələrimizdə canla-başla, yəni heç bir yəni ki, təmənnasız konsertlərdə iştirak etmişəm. Yəni ki, bizim əlimizdən də bu gəlir.
- Heç seçki zamanı seçki məntəqəsinə yollanıb səs vermisinizmi?
- Əlbəttə ki, vermişəm. Bu, hər bir vətəndaşın borcudu.
- Axırıncı dəfə səsvermədə nə vaxt iştirak etmisiz?
- Axırıncı dəfə... Nə vaxt idi səsvermə?... Dayan deyim də...
- Çox keçib üstündən?
- Yox, çox keçməyib... Ay Allah, bilirəm eee... Həmin vaxt “Lider” TV-nin komandası ilə bütün bölgələrə getmişdik. Ancaq vaxtı yadımdan çıxıb, vallah...
- Mən konkret olaraq sizin seçki məntəqəsində səs verməyinizi deyirdim. Axırıncı dəfə nə vaxt səs vermisiz?
- Vallah yadımdan çıxıb. Mən dünən nə yediyimi yaddan çıxarmışam e. Nə vaxt səs verməyim də yadımdan çıxıb, yəni yalan nə deyim?!
- Hansısa partiya üzvüsünüz?
- Yox.
- Ümumiyyətlə, Azərbaycanda dəstəklədiyiniz siyasi partiya varmı?
- Yox, mən bu işlərə qarışmıram. Heç vaxt partiyalara qarışmıram.
- Tanıdığınız partiya var?
- ...
- Yeni Azərbaycan Partiyasını tanıyırsınız?
- Bəli, tanıyıram. Mən Yeni Azərbaycan Partiyasının... nə idi onun adı, universitetləri vardı... Ay Allah, nə idi oranın adı, Abbas müəllim oranın üzvüydü. Mən orada 2 il oxudum. Sonra da o institutdan çıxdım.
- Həmin ali məktəb YAP-ın idi?
- Bəli... Abbas müəllim idi də orda... Ancaq dəqiq yadımda deyil.
- Bəs niyə 2 il oxuyub çıxdız?
- Mən ümumilikdə 4 il oxumuşam. Çünki 2 ildən sonra Beynəlxalq Universitetə (ABU) keçdim, oranı bitirdim. Hazırda isə İncəsənət Universitetinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzərdə tutulur – P.A.) üçüncü kursunun Xoreoqrafiya baletmeyster şöbəsinin tələbəsiyəm (necə deyib, elə də yazıram – P.A.)
- 2 il oxuduğunuz ali məktəbin adı Müstəqil Azərbaycan Universiteti idi?
- Ay sağ ol.
- Başqa hansı partiyaları tanıyırsız?
- Dayan görüm e. Yadımdan çıxıb.
- Müsavat Partiyasını tanıyırsız?
- Ay sağ ol, belə bir partiya eşitmişəm.
- Sədri kimdi?
- Yalan deyərəm, tanımıram (gülür). Mən yalnız prezidentimizi tanıyıram.
- İsa Qəmbəri tanımırsız?
- Hə, eşitmişəm.
- Kimdi o?
- Vallah bilmirəm... Hansısa partiyanın üzvüydü də deyəsən...
- Sərdar Cəlaloğlunu tanıyırsız?
- Yox.
- Rəsul Quliyevi necə?
- Rəsul Quliyevi tanıyırdım, bizim prezident olmuşdu.
- Nə?
- Haçansa Rəsul Quliyev bizim prezident olmamışdı?
- Nə vaxt?
- Olmaq istəyirdi də deyəsən... Neçə il bundan qabaq.
- Sizcə, onun prezident olmağı yaxşı olardı, yoxsa pis?
- Əlbəttə ki.
- Nə əlbəttə? Olaydı, yoxsa olmayayadı?
- Olmayaydı... Başa düşmürəm, siz məndən müsahibə götürürsüz, yoxsa söz alırsız?!...
Pərvin ABBASOV

787