Xəyalə Manaflı: “ATV səbəbsiz qapılarını üzümə bağladı”
Müğənni və teleaparıcı Xəyalə Manaflının Lent.az-a müsahibəsi
- Xəyalə, gah gözdən itirsən, gah da ekranlardasan. Uşaq yaşlarından efirdəsən, lakin tamaşaçı səni hələ də yaxşı tanımır.
- Nə az, nə çox - düz 20 ildir sənət aləmindəyəm. Bəlkə bu günün tamaşaçısı o vaxtları xatırlamır, ya xəbəri yoxdur, mən çox tanınmış idim. 1994-cü ildə Azərbaycan Dövlət Flarmoniyasında konsert vermişəm. İki günlük konsert anşlaqla keçmişdi. Hətta biletlər də qurtardığı üçün camaat pul verib, içəri keçirdi. Onu da deyim ki, o vaxtlar paltar dəyişmək, fasilələrdə rəqs qruplarının oynamağı , konsert zamanı tamaşaçılarla ünsiyyət qurmaq kimi məqamlar yox idi.
- Yəni bu adətlər, tamaşaçılarla sərbəst davranış qaydaları, stereotipləri alt-üst etmək səninlə başlayıb?
- Mən bir çox ilklərə imza atmışam. Bəlkə indi əvvəlki kimi populyar deyiləm, çünki qalmaqala qoşulan müğənni deyiləm.
- O qalmaqallı müğənnilər indi çox populyardılar, bu səni qıcıqlandırmır? Və ya həsəd aparmırsan?
- İndikilərə necə həsəd apara bilərəm? O şəkildə populyarlığa? Vaxtilə mən necə gündəmdə idim, onu bilən bilir. İlk estrada uşaq müğənnisi, ilk sevgidən oxuyan uşaq, ilk aparıcı müğənni, ilk klip çəkdirən uşaq - bütün bunlar mənim gördüyüm işlərdir. Mən yerimdə saymıram axı. İnşallah, bundan sonra da potensialim, ağlım və imanımın sayəsində daha yaxşı işlərə imza atacam.
- Yeri gəlmişkən, 20 il az deyil... Həmkarların belə vaxtlarda hesabat konserti verir...
- 20 ilin hesabatı olaraq konsert keçirtmək üçün maddi imkan lazımdır. Maliyyə dəstəyim yoxdur. Nə etmişəmsə, yaxınlarım, dostlarım və əsas da ailəmin gücünə etmişəm. Mən toy, restoran, qısası, biznes müğənnisi deyiləm.
- Sən “varlı kasıbsan”? Özünə aid heç nəyin yoxdur?
- Var. Ailəmizin vəsaitinə alınan halal maşınım. Bu ay üç ili tamam olacaq.
- Yenə ekrandasan, yenə aparıcısan. Müğənni aparıcıların “yarpaq tökümü” vaxtında sən efirə çıxırsan.
- Mən aparıcılıq edəndə müğənnilər aparıcılıq etmirdilər. Aparıcılıq və müğənnilik- məndə ikisinin də təcrübəsi var. Vaxtilə “7-17” mahnı müsabiqəsinin seçim turlarına qatıldım. Deyilənə görə, çox dilli-dilavər və kamera qarşısında sərbəst olduğuma görə həm iştirakçı, həm də müsabiqənin aparıcısı kimi seçildim. Verilişin yaradıcılarından Malik və mən bu verilişi aparmağa başladıq. Beləcə, ilk aparıcılıq fəaliyyətimə başladım. Daha sonra “Bax Belə”, “Xəyalə və dostları”, “Çələng-çələng, gəl görüşək” kimi verilişlərin aparıcısı oldum. Bir müddət sonra isə ATV kanalından mənə təklif gəldi. Dəvətdən bir həftə keçməmiş müqavilə bağlandı və canlı efirə çıxdım. “Bizdən Sizə” verilişinin aparıcısı oldum. Bu mənim ilk canlı efir təcrübəm idi. Bir müddət sonra Cavid verilişdən uzaqlaşdı və onun əvəzinə Samir gəldi. Bir il səkkiz aydan sonra isə müəyyən səbəblərdən mən verilişdən uzaqlaşdırıldım.
- Niyə?
- Hələ də bilmirəm niyə. Sağollaşıb gülə-gülə ayrıldığım şirkətin qapısından səhər içəri girməyimə icazə vermədilər. Səbəbini də açıqlamadılar. Əslinə baxsan, səbəb üçün şərait yaratmamışdım.
- Maraqlanmadın ki, niyə belə oldu?
- Vaxtilə maraqlandım. İndi mənə maraqlı deyil, Allaha həvalə etmişəm.
- Bildiyimiz qədəri ilə toy olmalı idi, amma nişan qayıtdı?
- İstəməzdim danışam... Amma hamı da bilir ki, bu ilin əvvəllərində nişanım qayıtdı.
- Səbəb nə idi?
- Nə bilim... Sadəcə, ailələr arasında anlaşılmazlıq baş verdi. Və iki ailənin razılığı ilə ayrıldıq. Bu da gözlənilməz oldu və mənə pis təsir etdi.
- O boşluğu dolduran var?
- Hə, yenisi var (Gülür). Aparıcılıq etdiyim televiziya proqramı -“Avtobaz”...
Lalə Yusifqızı

3675