Almaz Ələsgərova: “Bundan sonra qızlarım barədə danışmayacağam”
14 oktyabr 2009 10:15 (UTC +04:00)

Almaz Ələsgərova: “Bundan sonra qızlarım barədə danışmayacağam”

Müğənni Almaz Ələsgərova qızları ilə bağlı xəbərlərin mətbuatda tez-tez yazılıb müzakirə olunmasından narahatdır. Müğənni Lent.az-a açıqlamasında bu vəziyyətdən şikayətlənib: “İki aydır mənə zəng vuran şəxslər ancaq qızlarımla bağlı sual verirlər. Məgər mən sənəti olmayan gənc ifaçılarla bir ölçüdəyəm? Onlara da sənətə aid olmayan suallar versinlər, mənə də? O qədər narahatam ki...”

Müğənni bundan sonra qızları barəsində heç bir xəbərə şərh verməyəcəyini bildirib: “Bundan sonra qızlarım barəsində nə yaxşı, nə də pis - heç nə danışmayacam. Qoy mənimlə maraqlanan şəxslər ancaq sənətimlə bağlı sual versinlər”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar