Flora Kərimova və İlhamə Quliyevadan yeni xəbər!
Dünən Binəqədi rayon məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə xalq artisti Flora Kərimovanın Faiq Ələkbərli və Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevaya qarşı şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuzun aşağı salınmasına dair vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki işə baxılıb. Bu barədə lent.az-a məlumat verən İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli bildirib ki, Flora Kərimovanın tələbi əsassız olduğundan rədd edilib: “Hesab edirəm ki, Flora Kərimova məhkəmə prosesində uduzduğunu başa düşüb, bir daha məhkəməyə müraciət etməz”.
Xatırladaq ki, qohumu rəhmətə getdiyindən Flora Kərimova məhkəmədə iştirak edə bilməyib, prosesi onun vəkili Yunis Vəliyev izləyib.
Lalə Yusifqızı
Xatırladaq ki, qohumu rəhmətə getdiyindən Flora Kərimova məhkəmədə iştirak edə bilməyib, prosesi onun vəkili Yunis Vəliyev izləyib.
Lalə Yusifqızı
594