“Miss and Mister Azerbaijan” gözəllik müsabiqəsi keçiriləcək
Tezliklə Azərbaycanda “Miss and Mister Azerbaijan” gözəllik müsabiqəsi keçiriləcək. Müsabiqəyə təşkilati dəstək verən “SR Group Production”-dan Lent.az-a verilən məlumata görə, “Glamour Model Agency” tərəfindən həyata keçiriləcək geniş miqyaslı tədbir Azərbaycanda model biznesini təkmilləşdirmək və onu dünya səviyyəsinə çıxarmaq məqsədilə təşkil olunur.
Müsabiqədə qalib gəlmiş 1-ci yerin sahibləri Xanım və Bəy Azərbaycanı Dünya Gözəllik yarışmasında təmsil edəcəklər: “Bu yarışmalarda hər il 100-dən artıq ölkə iştirak edir. Azərbaycan indiyə qədər bu müsabiqələrdə iştirak etməyib və dünyaya özünün nücə millət oldugunu göstərmək şansını əldə edə bilməyib. Bu ildən bu şansı Azərbaycana “Glamour Model Agency” təqdim edəcək”.
Müsabiqənin rəhbəri “Glamour Model Agency” və “Miss and Mister Azerbaijan” gözəllik müsabiqəsinin prezidenti Mübariz Allahverdiyevdir.
Qeyd edək ki, gözəllik müsabiqəsinin informasiya dəstəyi “Lent.az” və “Trend.az”-dır.

984