Brilliant Dadaşova : “Zülfiyyə Xanbabayeva özümü öldürmək üçün mənə dərman verdi”
12 oktyabr 2009 11:00 (UTC +04:00)

Brilliant Dadaşova : “Zülfiyyə Xanbabayeva özümü öldürmək üçün mənə dərman verdi”

Xalq artisti Brilliant Dadaşova “Qırmızı-Qırmızı” verilişinin çəkilişi zamanı indiyə qədər heç kimə məlum olmayan maraqlı bir etiraf edib. Lent.az-ın məlumatına görə, müğənni vaxtilə necə aşiq olmasından danışıb: “Mən nə qədər sevsəm də, hisslərimi gizlətməyi bacaran qadınam. Bir dəfə tələbə vaxtı sevdiyim insandan ötrü özümü öldürmək qərarına gəlmişdim. Zülfiyyə və Nigar da mənə özümü öldürmək üçün dərman vermişdilər. İnanın, mən həmin dərmanları atmışdım. Sən demə, qızlar məni yoxlamaq üçün zərərsiz nə isə veriblər ki, görək bu qız həqiqətən də həb istifadə edəcək, ya yox?”

Xalq artisti həmin sevginin aqibəti ilə maraqlanan teleaparıcıya “nəticəsi göz qabağındadır, bir oğlumuz var”, - deyib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar