Aparıcı Turanın oğlu olub
09 oktyabr 2009 19:30 (UTC +04:00)

Aparıcı Turanın oğlu olub

Ötən il ən məşhur vizajistlərdən biri Nərmin ilə ailə həyatı quran aparıcı dünən gecə atalıq sevincini yaşayıb.

Lent.az-ın “Trend Life”a istinadən verdiyi məlumata görə, aparıcı qabaqcadan oğlu olacağını bildiyini söyləyərək, “Oğlum üçün heç bir şeyi əsirgəmirəm. Mənim oğlum özəl xəstəxanaların birində anadan olduğuna görə mən 1500 dollar dəyərində pul xərclədim. Bilirsiniz ki, bizdə yeni uşaq doğulanda “şirinlik” verilir. Mən də öz doğmalarımla bu adət-ənənəyə sadiq qalaraq, mənə bu şad xəbəri verdiklərinə görə tibb bacıları daxil olmaqla xəstəxananın bütün işçi heyətinə “şirinlik” payladım”, - deyib.

Turan valideynlərinin xahişi ilə Ömər adı verdiyi körpənin səhhətinin yaxşı olduğunu bildirib: “Körpənin əməliyyat vasitəsi ilə anadan olmasına baxmayaraq, həkimlər uşağın 3 kilo 900 qram çəkidə və sağlam olduğunu bildiriblər. Oğlumun bütün orqanları yerindədir və heç bir qüsuru yoxdur. Əminəm ki, oğlum valideynlərinə layiq övlad olacaq. Biz uşağı evə gətirən kimi İslam adət ənənələrinə uyğun olaraq onun adını qulağına deyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar