Abbas Abbasovun oğlunun toyunun təfərrüatları – EKSKLÜZİV
700 nəfərlik toya Telman İsmayılov da qatılıb
Bakıda Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğlu Vüsal Abbasovun toy mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, oktyabrın 3-də “Buta” sarayında keçirilən toy mərasimində 700 nəfər qonaq iştirak edib. Mərasimdə aparıcı qismində məşhur teleaparıcı Kamilə Babayeva iştirak edib. Azərbaycanlı müğənnilərdən Xalq artisti Brilliant Dadaşova öz ansamblı mərasimin əvvəlindən sonunadək oxuyub. Əməkdar artist Ədalət Şükürov da ifaçılardan olub.
Xarici müğənnilərdən isə Türkiyədən Dj. Berna Öztürk və “Dolap Dere” qrupu, Rusiyadan 3 skripkaçı qızdan ibarət “Victory” qrupu iştirak ediblər.
Vüsal Abbasovun toyunda Azərbaycanın bir çox tanınmış simaları, o cümlədən bir sıra məmurlar iştirak edib. Toy mərasiminə təkcə Moskva şəhərindən 200 nəfərdən artıq qonaq gəlib. Qonaqlar arasında Türkiyədə yaşayan azərbaycanlı milyarder, Abbas Abbasovun vitse-prezidenti olduğu “AST” Şirkətlər Qrupunun prezidenti, baş nazirin sabiq birinci müavininin yaxın dostu Telman İsmayılov da olub.
Toy mərasimi gecə 02.30-dək davam edib. Mərasimin sonunda böyük atəşfəşanlıq keçirilib.
Toyu olan Vüsal Abbasovun 24 yaşı var. O, Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, hazırda həmin institutun aspirantıdır. V. Abbasov həm də Rusiyanın “Lukoil” şirkətində çalışır. O, şirkətin Türkiyə bölümündə işləyir.
Vüsal Abbasov baş nazirin sabiq birinci müavininin 4 oğlundan axırıncısıdır.
Abbas Abbasov oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb. Abbas Abbasovla Hacı Vaqif Özbəkistanda yaxın dost olublar. Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Fərid Əkbərov

3992