Brilliant Dadaşovanın ƏDV qeydiyyatı ləğv olunub
Cari ilin sentyabr ayında Azərbaycanda 10 vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) qeydiyyatı ləğv olunub. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən məlumat verilib.
ƏDB qeydiyyatı ləğv edilmiş müəssisələr arasında «Bakı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi» MMC, «Panavision» MMC, «Azman» şirkəti, «Aran-2005» MMC kimi müəssisələr var.
Sentyabr ayında ƏDV qeydiyyatı ləğv edilmiş fiziki şəxslər arasında Azərbaycanın xalq artisti Brilliant Dadaşova da olub.
Brilliant Dadaşovanın mətbuat katibi Aynurə Əhmədova «APA-ECONOMICS»ə bildirib ki, müğənninin ƏDV qeydiyyatının ləğv edilməsi onun Azərbaycanda çox az hallarda olması ilə əlaqədardır: «Xüsusilə də sentyabr ayında Brilliant Dadaşova ad gününün olmasına baxmayaraq, Azərbaycana gəlməyib. Hazırda o, Türkiyədə çalışır».
Qeyd edək ki, indiyədək Azərbaycanda ƏDV qeydiyyatı ləğv edilmiş hüquqi və fiziki şəxslərin sayı 6 728 olub.

761