“Çakır”ın film kimi həyat hekayəsi
İllərlə atası bildiyi şəxs, heç demə onun əmisiymiş
“Kurdlar vadisi» serialındakı “Çakır” rolu ilə məşhurlaşan aktyor Oqtay Kaynarcanın bir sir kimi saxladığı həyat hekayəsi atası kimi tanınan əmisi Adil Kaynarcanın iyulun 15-də ölümündən sonra ortaya çıxıb.
Lent.az.-ın Türkiyənin «Vətən» qəzetinə istinadən yaydığı məlumata görə, Oqtay Kaynarcanın ürək tutmasından vəfat edən Adil Kaynarca ilə bağlı “ həm əmimi, həm də atamı itirdim” deməsindən sonra mətbuat araşdırma aparıb. Bu vaxta kimi hər kəs Adil Kaynarcanı tanınmış aktyorun atası kimi tanıyıb və bunu həftənin üçüncü günü də internet saytları “Oktay Kaynarcanın atası öldü” başlığıyla verib.
Həqiqət isə odur ki, Oktay Kaynarca 5 yaşına qədər ana və atası ilə Berlində yaşayıb. Oqtay Kaynarcanın İstanbulda yaşayan əmisi Adil Kaynarca həyat yoldaşını istirahət etməsi üçün Almaniyaya göndərməyə qərar verir. Həyat yoldaşını təyyarəyə mindirən Adil Kaynarca Oktayın atasına, qardaşı Özkan Kaynarcaya telefon açaraq onu hava limanında qarşılamasını istəyir. Özkan Kaynarca qardaşının arvadını hava limanında qarşılayır. Geri qayıdanda avtomobil qəzasına düşürlər və hər ikisi həlak olur.
Bu qəza Kaynarca ailəsində dərin üzüntü yaradır. Çünki bir yandan gəlinləri Nursel gənc yaşda dul, digər yandan oğulları Adil tək qalır. Ailə böyükləri Oqtay Kaynarcanın anası Nurseli Adillə evləndirməyə qərar verirlər. O vaxtlar 5 yaşında olan Oqtaya isə vəziyyəti daha sonra danışırlar.
Beləliklə, Oqtay Kaynarca əmisi Adil Kaynarcanı uzun illər gerçək atası sayıb. Sirri öyrənəndə də həqiqəti i qəbul edib. Adil Kaynarcanın ölümünü də üzüntüylə qarşılayıb.
İyulun 15-dəki dəfn mərasimində, Oqtay Kaynarcanın ən çətin günündə onu köhnə sevgilisi Özgü Namal və sənət dostları tək qoymayıblar. Həbsxanada olan mafiya başçısı Sedat Peker məscidə ağ çiçəklərdən ibarət çələng göndərib.

Oxşar yazılar

Estetik əməliyyat etdirən 6 ulduz
7 iyun 2025 , 16:32
Axtarışda olan Hüseyn Həsənov Bakıda özünə ad günü keçirdi - VİDEO
6 iyun 2025 , 19:05
Türkiyənin ən yaraşıqlı aktyorları necə sənətə gəliblər?
5 iyun 2025 , 15:54
“Gombul olanda daha seksual idim” - 93 kilo verən Pelin Öztekin
5 iyun 2025 , 10:56
Məşhur aktrisa plastik əməliyyatdan sonra iflic oldu
5 iyun 2025 , 10:28
Amerikalı məşhur REPER: "Müsəlmanlar qaradərililəri zəncirdə saxlayır"
4 iyun 2025 , 19:07
"Kaş ki, başıma dollar taxmasaydım, qızıl tozlu qəhvə içməsəydim" - Dilan Polat
4 iyun 2025 , 12:48