Faiq Ağayev barışığa hazırdır
13 iyul 2009 17:30 (UTC +04:00)

Faiq Ağayev barışığa hazırdır

0
Onlar Flora Kərimovadan cavab gözləyirlər

Bu gün Yasamal rayon Məhkəməsində xalq artistləri Faiq Ağayev və Flora Kərimovanın qarşılıqlı iddiaları üzrə növbəti məhkəmə iclası keçirilib.


Bu barədə Lent.az-a Faiq Ağayevin vəkili Kamil Məmmədov məlumat verib. O, iclas zamanı hakimin ötən həftə təklif etdiyi mətni məhkəməyə təqdim etdiyini bildirib: ”Flora Kərimovanın vəkili və Tahir Abbaslının nümayəndəsi məhkəməyə gəlmədikləri üçün növbəti məhkəmə iclası iyulun 30-na təyin olundu”.


Xatırladaq ki, iyulun 8-də keçirilən proses zamanı hakim Elçin Qurbanov tərəfləri barışığa çağırmış və onlara təklif etmişdi ki, hər iki tərəfi qane edən barışıq mətnini hazır etsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 817

Oxşar yazılar