““Eurovision”da birinci olmayacağımı öncədən hiss etmişdim” - MÜSAHİBƏ
Hadisə Açıqgöz: “32 yaşa qədər ailə qurmağı düşünmürəm”
Ötən həftə Bakıda Yaşıl Teatr Konsert Kompleksində konsert proqramı ilə çıxış edən Türkiyənin “Eurovision-2009” təmsilçisi Hadisə Açıqgözün APA-ya eksklüziv müsahibəsi
- İlk dəfə olaraq Azərbaycana tamaşaçısı qarşısında konsert proqramı ilə çıxış etdiniz. Təəssüratlarınızı bilmək istərdik.
- Fikrimcə, hər şey çox gözəl keçdi. Buradakı insanların çox istiqanlı olduqlarını hiss etdim. Çıxış etdiyim səhnəni çox bəyəndim, möhtəşəm bir səhnə idi. Eyni zamanda səhnənin akustikasına heyran oldum. Hər kəsin çox əyləndiyini də sezdim. Həqiqətən də hər bir tamaşaçı konserti maraqla izlədi. Ayselin səhnəyə çıxışı da çox gözəl bir jest oldu. Azərbaycan tamaşaçısından müsbət enerji aldım, səhnədən gülərək ayrıldım.
- Azərbaycanda konsert verən türk sənətçiləri hər zaman bizim tamaşaçılardan ağız dolusu danışırlar. Azərbaycan tamaşaçısı sizdə necə fikir formalaşdırdı?
- Çox gözəl hisslər oyatdı. Tamaşaçılardan həddindən artıq razı qaldım. İnsanlar səhnə arxasına kimi gəlirdilər. Bu insanların konsertdən çox razı qaldığını göstərir. İnşallah yaxın vaxtlarda təkrar buraya dönmək ümidi ilə onlardan ayrıldım. Bu səfərimdə Bakını gəzmək imkanım olmadı, sadəcə hava limanından otelə gələrkən, eləcə də konsert salonundan dönərkən Bakının mükəmməl bir şəhər olduğunu seyr etdim. Şəhəriniz inanılmaz dərəcədə işıqlıdır, gözəl binaların sayı çoxdur. Bura dəyişik və çox təmiz bir yerdir.
- Bəs iki saat gözləməyə məcbur etdiyiniz Azərbaycan tamaşaçısı Sizdən razı qalıbmı?
- Əslində həyatımda heç zaman gecikməkdən xoşum gəlməyib. Bu konsertə də gecikmək niyyətində deyildim. Səhnəyə gec çıxmağım ideyası mənim heyətim tərəfindən gəldi. Onlar mənim gözləməyimi istədilər. Bildirdilər ki, günəş batdıqdan sonra səhnəyə çıxarsan. Mən hazır idim, tam olaraq geyindim və günəşin batması üçün bir saat otağımda gözlədim. Mənə deyilən zaman səhnəyə çıxdım. Yəni bu, Azərbaycan tamaşaçısına qarşı hörmətsizlik kimi qiymətləndirilməməlidir. Mənə 12 xal verən insanlara qarşı necə hörmətsizlik edə bilərəm?
- Ümumiyyətlə, konsertlərinizdə gec səhnəyə çıxmaq adətinizdir?
- Nəticədə tamaşaçılar bilet alıb konsertə gəliblər, mən niyə onları gözlətməliyəm ki... Bu hərəkətimlə mən ancaq uduzaram. Sadəcə mənə bu cür deyildi və mən də heyətin sözü ilə otağımda gözləməli oldum. Həyatda gözlətməyi sevməmişəm və belə bir şey ağlımdan belə keçməyib. Mən bu cür mövzularda çox həssasam.
- “Eurovision-2009” müsabiqəsinin nəticələrindən razı qaldınızmı?
- Əlbəttə, razı qaldım. Əlbəttə ki, hər ölkə kimi mən də birinci olmaq istərdim. Bunu inkar etmirəm, ancaq mənim hədəfim ilk beşlikdə olmaq idi və mən hədəfimə çatdım. İlk gündən bəri heç zaman iddialı danışmamışdım. Birinci olacağımı heç bir zaman dilimə gətirmədim. Müsabiqə zamanı verdiyim heç müsahibədə mənim dilimdən bunu eşidə bilməzsiniz. Bu səbəbdən də çox xoşbəxtəm, çünki istədiyim nəticəyə nail oldum. “Eurovision” müsabiqəsindən çox xoşbəxt ayrıldım.
- Bu müsabiqə həyatınızda və yaradıcılığınızda müsbət və ya mənfi dəyişikliklər etdimi?
- Çox dəyişikliklər oldu. “Dum tek-tek” mahnısı ilə bir çox ölkələrdə inanılmaz uğurlar qazandım və bu uğurlar indi də davam edir. Hətta müsabiqənin bitməsindən iki ay keçməsinə baxmayaraq, Yaponiyada ən çox dinlənilən mahnı məhz “Dum tek-tek”dir. Elə yaxın vaxtlarda piar üçün Yaponiyaya səfərim gözlənilir. Eyni zamanda Belçikada ən çox satılan mahnı “Dum tek-tek”dir.
- Sözügedən müsabiqə dönəmində sizin səhhətinizdə yaranan problemlərlə bağlı çox söz-söhbətlər yarandı. Biz müsabiqə dönəmində Moskvada olarkən onu da eşitdik ki, rəqiblərinizin Sizi zəhərləmək cəhdi nəticəsində səhhətinizdə problemlər yaranıb...
- Dediyiniz problemlərlə bağlı çox şeylər yazıldı, deyildi. Qətiyyən belə bir şey ola bilməz. Bundan belə çıxır ki, həmin vaxtda məni yeməklə, içməklə zəhərləmək istəyiblər. Ancaq belə bir şey ola bilməzdi. Türkiyənin verdiyi ziyafət günü mənim çox ağrılarım vardı, hətta bu kifayət qədər hiss olunurdu. Həmin gecə artıq üzümdə ləkə var idi, sadəcə çox da böyük deyildi. Yəni həmin gün proses başlamışdı. Çox ağrım vardı, ancaq məcburiyyət qarşısında o axşam səhnəyə çıxdım. Hətta o da deyilir ki, guya mən sevgilimlə problemlər yaşadığım üçün həmin dönəmdə depressiya yaşamışam. Bu heç də belə deyil, çox yanlış bir xəbərdir. Sadəcə olaraq Moskvada olarkən sistemim pozulmuşdu, yorğunluq, stress nəticəsində üzümə ləkələr çıxmışdı. Ümumiyyətlə mən depressiyaya düşən bir insan deyiləm, hər zaman çox gülərüzəm. Yenə də deyirəm, mən “Türkiyə birinci olacaq” deyərək özümü heç bir zaman stressə soxmadım. Çünki mən birinci olmayacağımı ilk gündən hiss etmişdim. Əslində, yaşadığım problemlər çox şişirdildi, çox böyüdüldü. Sadəcə, səhhətimə görə bu cür problem yaşadım. Əgər zəhərləmək cəhdi olsaydı, həkimlər bunu ortaya çıxarardılar. Həmin dönəmdə vücudum heç bir şey qaldıra bilmirdi.
- Həmin dönəmdə müsabiqə üçün hazırlanan “Düm tek-tek” klipinin nümayişi qadağan olunmuşdu. Bunu klipdə erotik səhnələr olması ilə əlaqələndirirdilər...
- Həyatda belə şeyləri sevmirəm, işimi görüb, konsertlərimi vermək, pərəstişkarlarımla görüşmək istəyirəm. Mənim əsas məqsədim budur. Həyatda nədənsə və ya kimdənsə istifadə edib özümü reklam etmərəm. Məncə bu klipdə heç bir iddialı səhnələr yoxdur, çox da gözəl bir klipdir. Rəqs edirik, gözəl geyimlərdəyik. Ancaq o dönəmdə bu, çox şişirdildi. Həmin dönəmdə rejissor və TRT arasında mənimlə əlaqəsi olmayan bir danışıqlar olmuşdu, bu narazılıqlardan dolayı iki tərəf də inada düşmüş və belə bir durum ortaya çıxmışdı. Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu mübahisələrdən, narazılıqlardan dolayı da biz bu klipdən imtina etməli olduq. Klipdə erotik səhnələrin yer alması ilə bağlı danışılanların hamısı sadəcə uydurma idi. Əgər belədirsə, onda həmin klipi indi niyə nümayiş etdirirlər? Əgər TRT klipdən hansısa səhnələrin çıxarılmasını istəsəydi, çıxarardıq, çünki TRT ilə bir razılaşmamız var idi. Ümumiyyətlə, mətbuat bir şeyi şişirdəndə nəticəsi hər zaman çox pis olur. Bütün mediada, tok-şoularda hər bir kəs bu mövzunu danışırdı. Məhz bu səbəbdən də bu klip ətrafında söz-söhbət çox şişirdildi.
- Müsabiqə üçün hazırlanan geyimləriniz də narazılıq doğurdu...
- Bəli, bu məsələ də həddindən artıq çox şişirdildi. Əslində geyimimdə də bu qədər böyüdüləcək bir şey yox idi. Həmin dövrdə üstümə çox gəldilər, hər şey çox şişirdildi. Hər gün qəzetlərdə, internet səhifələrində, televiziyalarda ancaq məndən danışırdılar. Yediyim yeməkdən, geydiyim geyimlərdən, getdiyim yerlərə qədər hər şeydən. Bu il bütün insanlar birinci olacağımızı düşündülər, ancaq onu da söylədilər iki, “Hadisə ilə birinci olmasaq, kiminlə olacağıq”.
- Maraqlısı budur ki, 2004-cü ildə Türkiyədə “Eurovision” müsabiqəsinin açılışında Sərtap Ərənər məhz Sizin geydiyiniz geyimdə səhnəyə çıxmışdı. Ancaq onun geyimi heç də pis qarşılanmadı...
- Həqiqətən də Sərtap Ərənər həmin səhnədə bu cür geyimlə çıxış etmişdi. Ancaq heç kim geyimlə bağlı ona irad tutmadı. Lakin mənə hər şey dedilər. Bunun mənim Belçika vətəndaşı olmamla bir əlaqəsinin olmasını düşünmürəm. Sadəcə mənə çox inandıqlarına görə bu qədər söz-söhbət oldu, hər şey bu qədər şişirdildi. Nə qədər müzakirə olunsam da, danışılsam da, bütün fikirlərə hörmət edirəm.
- Belçikadan “Eurovision”u təmsil etmək üçün Sizə təklif gəlsə, bu təklifi necə dəyərləndirərsiniz?
- Əgər belə bir təklif gəlsə, bu təklifi dəyərləndirə bilərəm. İndi qəti surətdə nə “hə”, nə də “yox” deyə bilmirəm. Cavabım təklif verilən andakı duruma, o zamankı ruhuma bağlıdır. Amma konkret olaraq “xeyr” də demirəm.
- Türkiyə mətbuatının yazdığına görə, hazırda bərabər olduğunuz Sinan bəy Sizə romantik bir şəkildə evlənmə təklifi edib?
- Xeyr, bu doğru məlumat deyil. Bu zamana kimi, heç kim mənə evlilik təklifi etmədi, sadəcə bir neçə pərəstişkarım konsertlərdə məktub verərək bunu etdilər. Mən heç bir zaman eşq həyatımla ön planda olmaq istəmədim.
- Əks cinsin nümayəndələrinin sevgisini qazanan Hadisə Açıqgöz, ailə qurmaq üçün özünə bir yaş müəyyənləşdirib?
- Həyatda bu cür planlar qurmaq çox yanlış bir şeydir, çünki hər bir şey qismətdən asılıdır. Qismətdə nə yazılıbsa, o da olur. Ancaq mən özüm üçün bir yaş fikirləşmişəm. 32 yaşından tez ailə qurmaq fikrində deyiləm. Bu 35 yaş da ola bilər. Növbəti 10 ili karyerama həsr etmək niyyətindəyəm. Daha sonra evlilik haqqında düşünərəm. Sözsüz ki, hər gənc qız kimi mənim də evlilik xəyalım var. Evliliyə çox müsbət münasibət bəsləyənlərdənəm. Ancaq 23 yaşındayam və evlənmək üçün çox gəncəm. Əvvəlcə karyeram, işim, sonra isə evlilik.
- Bəs, evlənmək üçün seçdiyiniz insanda hansı xüsusiyyətlər cəmləşməlidir? Sevdiyiniz bir insana görə sənətinizdən vaz keçərsiniz?
- Əslində ideal bir tipim yoxdur. Əsas doğru bir insan olmasıdır və məni güldürməsidir. Yəni məni xoşbəxt etməsidir. Zəngin olsun, kasıb olsun, bunun bir fərqi yoxdur. Nəticədə mən necə pul qazanıramsa, onun da pul qazanması lazımdır. Çünki sevgi ilə qarın doydurmaq olmur. Mənim üçün onun hansı marka avtomobil sürməsinin, evinin ən yaxşı yerdə olub-olmamasının heç bir önəmi yoxdur. İstəyirsə, heç maşını olmasın, hər yerə taksi ilə də gedə bilərəm. Sadəcə mənim işləməyimə hörmətlə yanaşsın, kifayət edər. Bir az hörmətcil, sevgi, çalışqan olmasını istəyirəm. Mən də çalışqan bir insanam. Ən əsas isə mənim işimə hörmət etməlidir. Qaldı ki, ikinci sualınıza, bu heç zaman ola bilməz, heç kimə görə sənətimdən vaz keçmərəm. Biri gəlib “bu işi buraxacaqsan və mənimlə bərabər olacaqsan” desə, sadəcə gülərəm və həmin insana elə həmin dəqiqə “əlvida” deyərəm. Elə insanı sevməyim də qeyri-mümkündür.
- Hədəfiniz nədir?
- Hədəfim bir türk qızı olaraq dünya miqyasında gözəl uğurlar qazanmaqdır. Mənim ən böyük hədəfim budur. Amerikaya getmək, orada konsert verməyi çox istəyirəm. Bu, hər sənətçinin xəyalında yaşatdığı və arzuladığı bir şeydir. Sözsüz ki, mən də bunu çox istəyirəm. Ən böyük hədəfim budur. Amerikada yaşamaq istəmirəm, sadəcə iş görmək arzusundayam. Türkiyə və Belçika mənim evimdir. Türkiyədə də, Belçikada da ailəm var.
- Deyəsən, dincəlməyə vaxt tapmırsınız. Sizin üçün istirahət nədən ibarətdir?
- Yatmağı çox sevirəm, yataqda səhər yeməyi mənim üçün ən gözəl istirahətdir. Anamla danışmağı, mətbuatı oxumağı çox xoşlayıram.
- Yeni “Qəhrəman” adlı albomunuz işıq üzü görüb...
- Albomun adını “Qəhrəman” qoymağıma səbəb albomda ən çox sevdiyim mahnının bu cür adlanmasıdır. 8-9 ay çox çətin ağır dövr yaşadım. Həmin dövrdə kimlərsə məndən üz çevirdilər, kimlərsə daha da yaxınlaşdılar. Qəhrəmanlarım həmin bu çətin dönəmdə mənim yanımda olanlardı. Ən böyük qəhrəmanım isə anamdır.
- Yaxın gələcək üçün Azərbaycanla bağlı bir planınız varmı?
- Çox güman ki, yeni bir layihə olacaq. Azərbaycan məndə çox gözəl təəssürat oyatdı. Bu təəssüratı oyadan hər bir insana təşəkkür edirəm. Yaxın vaxtlarda digər ölkələrdə bir neçə konsertimiz var. Mən ortalıqda çox da görünmək istəmirəm, sadəcə önəmli yerlərdə konsert vermək istəyirəm. Eyni zamanda yaxın vaxtlarda ”Evlənməliyiz” mahnımın klipi də çıxacaq. O da çox əyləncəli olacaq. Bu klipi çox tez bir zamanda, üç saat içində çəkmişik. Hadisədən yeni və gözəl hadisələr gözləyin.

1041