Aysel: “Ailə qurmaq mənim üçün əsas deyil”
Azərbaycanı bu ilki “Eurovison” mahnı yarışmasında təmsil edən Aysel hazırda Türkiyədədir.
Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ilk dəfə getdiyi ölkədə o, 20-ci Beynəlxalq Çeşmə Dəniz Şənliklərində çıxış edib.
Qəzetin suallarını cavablandırarkən 20 yaşlı müğənni “Eurovison” yarışmasına getmək üçün 40 namizəd arasından seçildiyini öyrənəndə çox sevindiyini açıqlayıb: “Seçilən vaxt çox sevinirdim. Çünki mən hələ uşaqlığımdan bəri səhnələrə çıxmaq xəyalını qururdum. Bu yarışma mənim karyeramın möhtəşəm bir başlanğıcıdır. Bu, hər kəsə qismət olmayan şeydir. Əvvəllər bu qədər tanınmırdım, indi isə məni Azərbaycanda milli qəhrəman kimi görürlər. Yarışmada üçüncü olduq, ancaq bu nəticə Azərbaycan üçün birinciliyə bərabər kimidir”.
Sevgilisinin olmadığını deyən Aysel “Eurovision” yarışmasından sonra çoxlu evlilik təklifi aldığını da deyib: “Hazırda ailə qurmaq barədə düşünmürəm. Əvvəlcə musiqi karyeramdır. İndi ailə qursam, karyeram başlamadan bitər. Ailə qurmaq karyerama xələl gətirər. Öncə bu işlərimi bitirim, sonra o işlərə də baxarıq. Çünki evlənmək mənim üçün əsas məsələ deyil”.
Aysel özünü gözəl saydığını da deyib: “Amma daha güzgünün qarşısına keçib “necə də gözələm” demirəm. Yarışmadan sonra mənə modellik təklif edildi, qəbul etmədim. Modellik yox, ancaq fotomodellik etmək barədə düşünə bilərəm”.

2238