Teleaparıcı Turan İbrahimov xanımına qadağa qoyub: “Saat 6-dan tez evə gələcək, ancaq işdə oturacaq...”
Tanınmış cütlüklər - teleaparıcı Turan İbrahimov və vizajist Nərmin valideyn olmağa hazırlaşırlar. Lent.az cütlüyün evinin qonağı olub, yeni evlilərin ailə həyatı barədə açıqlamalar alıb.
-Turan, evləndiyin qadın ən azı sənin qədər tanınmışdır. Hazırda Nərmin vizajist kimi fəaliyyətini davam etdirir. Səni liberal həyat yoldaşı hesab etmək olar?
- Turan: Azərbaycanda beş istedadlı vizajist varsa, onlardan biri də Nərmindir. Ona görə də istəyirəm ki, bu sənəti davam etdirsin.
- Qısqanırsınız bir-birinizi?
- Turan: Nə mənada qısqanclıq? Real qısqanclıq yoxdu, sadəcə, qadağalarım var.
- Neçə vaxtdır ailəlisiniz?
- Nərmin: Altıncı aydır, yeddinci aya keçir.
- Nədir qadağaların?
- Turan: Qadağalarım Nərminin işinə dairdir. Saat 6-dan tez evə gələcək. Ancaq işdə oturacaq. Çox vaxt özüm işə aparıb-gətirirəm. Qadağalarım bundan ibarətdir. Yəni, başqa heç nə.
- Nərmin gözəl qadındır. Cəmiyyət arasında çox olmağından, diqqət mərkəzində ola biləcəyindən ehtiyat etmirsən ki?
- Turan: Mənə elə gəlir ki, insan davranışından seçilir. Davranışı da çərçivədə olandan, genində namus-qeyrət olandan sonra, məncə, problem yoxdur. Nərmin məndən xəbərsiz eyvandan çölə baxmır. Yəni, bu dərəcədədir. Hər şey çərçivədədir. Ümumiyyətlə, mən evdə olmayanda Nərmin mağazaya da düşmür, hətta sifariş belə etmir. Bizim evə sifariş mən evdə olandan sonra gəlir.
- Demək, kifayət qədər qadağaların var...
- Turan: Qadağa söhbəti deyil. Bu insan mən evdə olanda da belə olub. Mənə qədər hara gedibsə, atası ilə gedib-gəlib. İndi atası-anası, hər şeyi mənəm. Onun dostu anası, bir də mənəm.
- Nərmin, rəfiqələrin var?
- Nərmin: Ünsiyyətdə olduğum insanlar var. Ancaq sırf dostluq etdiyim rəfiqəm yoxdur.
- Bu evin qonaqları kimlərdir?
- Turan: Mən belə fikirləşirəm ki, ev məhrəm yerdir. Hər adam içəri girə bilməz. Amma Nərminin tanışları, qonaq çağırdığımız ailəvi dostlar var ki, onlar gəlib-gedirlər.
- Sən kişi dostlarının evə qonaq gəlməsinə necə baxırsan?
- Turan: Mənim dostlarımın arasında ailəli olanlar var ki, onlar öz ailəsi ilə bizə qonaq gəlir. Biz ikimiz onlara gedə bilərik. Mənim elə dostum yoxdur ki, subay olsun və bizə gəlib-getsin.
- Dalaşırsınız?
- Turan: Dalaşmaq belə olur: stəkanı niyə bura qoydun? O da deyir, bunu bayaq dedin də! Və yaxud, televizor üstündə dalaşırıq. Mən sənədli filmlərə baxmağı sevirəm, o isə sevmir.
- Evə neçədə gəlirsən ?
- Gec gəlmirəm ki, Nərmin evdə tək qalmasın.
- Nərmin: Evə gecikən kimi zəng vurub yalandan deyirəm işıqlar sönüb, tək qalmışam. Evə gələnə qədər gözləyirəm.
- Turan: Çalışıram 9-dan gec gəlməyim.
- İlk hədiyyəniz yadınızdadı?
- Nərmin: Mənə qızıl üzük alıb. Yantar qaşlı.
- Turan: Doğrudan? (Nərmindən soruşur - L.Y.) Nərmin də mənə ilk dəfə bax, bu saatı alıb. Mən heç vaxt saat taxmırdım. Hədiyyəni aldığım gündən bu günə qədər taxıram.
- Evlənəndən sonra hədiyyə ənənəsi davam edir?
- Nərmin: Unutmamışıq, amma indi hədiyyəni özüm bəyənirəm, sonra Turandan pulu alıb, özüm alıram.
- Turan: Bu realdır, insanlar birlikdə yaşayandan sonra istər-istəməz hər şey dəyişir.
- Qayınana-qayınatanızla aranız necədir?
- Nərmin: Mənim üçün qayınana deyilən fikir yoxdur...
- Turan: Qayınanası onun rəfiqəsidir.
- Nərmin: Əvvəllər mənə elə gəlirdi ki, qayınanamla bir yerdə heç vaxt yaşaya bilmərəm. Amma indi əksinə, düşünürəm ki, yox, lazım gəlsə, yaşayaram. Bir az qaynım Raminlə yola getmirik. O da qardaşımdı, arabir mübahisə edirik. O mənə deyir, mən ona. (Gülür)
- Turan: Eyni yaşda olduqlarına görə tez-tez sözləri çəp gəlir.
- Sevgi ilə ailə qurmusunuz, yoxsa ağılla?
- Turan: Bizdə bilirsən necədir, səmimi dostluq münasibətindən sonra ağılla evliliyi davam etdirməyə başladıq.
- Nərmin: Mən sevgi ilə ailə qurmuşam.
- Təbrik edirəm, inşalah valideyn olmağa hazırlaşırsınız.
- Nərmin: İnşallah, Allah nəsib eləsə, dörd aydan sonra oğlumuz dünyaya gələcək.
- Turan: Mənim üçün oğlan, ya qız, fərqi yoxdur. Təki sağlam uşaq olsun.
- Uşağın adı nə olacaq?
- Turan: Valideynlərim uşağın adının Ömər olmağını istədilər, Nərminin valideynləri də, elə biz özümüz də razılaşdıq.
- Sizə seçim imkanı yaratmadılar?
- Turan: Yox, niyə ki, biz də istədik.
- Nərmin: Düzünü de də, Turan. Yox, bizə seçim qoymadılar(gülür). Həqiqətən yaxşı addır, mən indi-indi o adı sevməyə başlamışam.
- Turan: Ad insanın xarakterini təyin edir. Kaş Ömər kimi yaxşı xəttat olsun. Anam yuxuda görmüşdü oğlum olacaq, adı da Ömər. Biz əvvəl bir gözləmək istəyirdik, sonradan Allaha qurban olum, qismət elədi, bizdə şərtsiz-qeydsiz qəbul elədik.
- Nərmin: Ailə qurandan sonra qəbul elədik.
- Turan necə ata olacaq?
- Nərmin: Məncə, yaxşı ata olacaq. Hiss edirəm.
- Turan, Nərmin ev işi görür?
- Turan: Ev paltarlarımı özüm yuyuram, qalan işlərin öhdəsindən gəlir.
- Evlənəndən sonra Turanın xasiyyətində nə dəyişib?
- Nərmin: Mən Turanla tanış olduqdan sonra bir-iki bəyənmədiyim hansı xüsusiyyəti var idisə, onları dəyişdirə bildim.
- Turan : Sən mənim xasiyyətimi? Yoox...
- Nərmin: Dəyişdin də, Turan, etiraf et.
- Turan: Nəyi dəyişdimsə, özüm istədiyim üçün dəyişdim.
- Nərmin: Sənin bəzi kobud zarafatların var idi, daha o zarafatları etmirsən.
- Turan: Hə, düzdür.
- Nərmin: Əvvəllər Turan elə zarafatlar edəndə küsürdüm, üç günlərlə danışmırdım. Sonra barışırdıq.
- Büdcəniz birlikdədir?
- Nərmin: Hə, gələcək övladımız üçün pul yığırıq.
Lalə Yusifqızı

15639