Model Tunay: “Kişilər “maçalka” kimidir” - MÜSAHİBƏ
Gənc model və teleaparıcı Tunayın Lent.az-a müsahibəsi
- Təxminən bir il öncə biz nə Tunay adlı maneken tanıyırdıq, nə də teleaparacı. Səndən əvvəl Züleyxa Akçurina, Validə Abbasova və digərləri olub, onların Azərbaycanda müəyyən qədər fəaliyyəti var idi. Belə deyək, varlığından xəbərsiz idik. Günlərin bir günü müsahibən çıxdı və “Zərif çərşənbə”də göründün. Azərbaycan tamaşaçısı səni gördü, populyarlaşdın.
Sevilə bildin?
- Əlbəttə, adını çəkdiyin o modellər məndən yaşca böyükdülər. Onlar o zamanın Azərbaycan üçün nə isə edə və tanına bilərdilər. İndi model və model biznesi yoxdur. Validə Abbasovanın qızı yaşındayam. Züleyxa ilə mənim aramda 15 yaş fərq var. Onlar fəaliyyətdə olan vaxt mən məktəbdə oxuyurdum. Lakin mən də onlar kimi olmaq istəyirdim. Onlar model biznesi ilə kifayətləndilər, bir-iki iş görüb, dayandılar. Amma mən model olaraq işləyirəm, həmişə aparıcılığa meyl etmişəm. İlk verilişim “Yallı” rəqs müsabiqəsi olub. Prodakşnın hazırladığı verilişdə özümü aparıcı kimi sınadım. Həmin o verilişdən sonra ANS TV-dən mənə təklif gəldi. Onlar mənim necə veriliş apardığımı görüb, bəyənmişdilər. Həmin verilişə hazırlaşanda jurnalistlər məndən müsahibələr götürməyə başladılır. O vaxt artıq model kimi tanınırdım.
Əgər sən öz işinlə ciddi məşğulsansa, sənə heç bir reklam lazım deyil. Səni özləri tanıyacaqlar. Əsas odur ki, işləyəsən. “Zərif çərşənbə”də də model adı ilə iştirak edirdim. Amma mən aparıcı kimi daha sevildim, nəinki model kimi. Dörd il model kimi fəaliyyətdə olmuşam. Təqdimatlarda iştirak etmişəm.
- Həmin verilişdə 4 fərqli insan vardı... Amma sən - 4-cü təmsilçi yüngül təbiətli obrazla çıxmışdı. Həyatı dərk etməyən bir insan orada əyləşib. Şəxsən məni o xarakterə çağırsaydılar, gəlməzdim...
- Bilirsən, mənim təbiətimdə uşaqlıq var. Bir də sünilik yoxdu. Birbaşa açıq sual verə bilərəm. Mənim o küt, gic sualımdan qarışdakı adam inciməz, nəyə görə, bilirsən? Mənim simama, üz ifadəmə baxıb bunun təmizliyini, səmimiyyətini görəcək. Doğrudan da o, mənə maraqlıdır. Başqası mənim verdiyim sualları versəydi, bəlkə də qonaq küsüb gedərdi. Amma məndən heç kim incimirdi. Tam tərsinə, gülürdülər. Çünki mən səmimi adamam. Ona görə onlar da məni sevirdilər.
- Bu sənin sonrakı həyatına çətinlik törətməyəcək?
- Yox. Niyə çətin olsun ki! Səmimi olmağım niyə çətinlik etsin ki! Əksinə, mənə kömək edir.
- Elə obraza girmisən ki, heç kim səni ciddi insan kimi qəbul edə bilmir.
- Olsun! Mən həyatda da ciddi insan deyiləm ki! Ciddi olmaq mənim həyatımın prinsipi deyil ki!
- Sabah ailə həyatı quracaqsan. Bu ciddi qərar, ciddi adımdı axı...
- Ciddi nə olacaq ki? Mən toy edib, ərə gedəcəm. Burada nə var ki? Bu çox da ciddi bir şey deyil (Gülür). Həyatda ümumiyyətlə ciddi heç nə yoxdu. Həyatı qəlizləşdirmək mənim işim deyil. Bu başqa adamların işidir. Əşi, çaydır da içirsən, bunun nə ciddiyyəti var, yaxud sualdı da verirsən. Mənim üçün ciddi mövzu yoxdu həyatda.
- Misal üçün, səlahiyyətli bir şəxsin qarşısında oturub qeyri-ciddi sual ver...
- ...o səlahiyyətli adamın ciddi tərəflərini hamı görüb, bilir. Artıq hamı bilir o siyasətçidi, filan-filan işləri görüb. Ancaq o da insandır axı. Robot deyil. Görək bu nə geyinir, nə paltarları xoşlayır?! Bilirsən, mən istəyirəm Azərbaycan tamaşaçısını komplekslərdən uzaqlaşdırım.
- Sən təkbaşına 9 milyonu kompleksdən uzaqlaşdıracaqsan?
- Mən öz üzərimə düşəni edəcəm. Bu insanlar küçədə sual verirlər. Kamera görəndə ciddiləşirlər. Bizdə belədi. Avropada, Amerikada, hətta Rusiyada da belə deyil.
- Mən eşitmişəm, sən Aygün Kazımovanın “Məhəbbətə - hə, xəyanətə - yox” mahnısını belə oxuyursan: “məhəbbətə yox, xəyanətə hə”...
- (Gülür) Hardan bilirsən bunları?! Mənim fikrimcə, o mahnıda sözlərin yerini səhv salıblar. Məncə elə belə də olmalı idi: məhəbbətə - yox, xəyanətə - hə! Yalanlara - hə, məhəbbətə - yox!
- Sən həyatda bu prinsiplə yaşayırsan?
- Mənim fikrimcə, bu belədir.
- Ay sağ ol! Sabah ailə qurarsan, həyat yoldaşın da sənə bu deviz altında xəyanət edər...
- Hə nə olar ki? Mən qısqanc deyiləm! (Gülür) Əgər aldatmaq fikri varsa, getsin aldatsın. Maşınım olsun, pulum olsun. Uşaqlarım ac qalmasın. Pulum olsun şoppinqə, salona getməyə, başqa şeylər problem deyil. Nə edir-etsin!
- Bəh-bəh! Bu da müasir Azərbaycan ailəsi.
- Yaxşı sən Allah! Guya Azərbaycan ailəsində belə hallar yaşanmır?! Bax, görürsən, problem budur. Göstər mənə, hansı Azərbaycan kişisi qadınını aldatmır?
- Bizim ailədə.
- Eeee!!! Ay qız, bu olsa-olsa tək-tükdü. Bax, kişilər “maçalka” kimidir. Tutursan əlində möhkəm sıxırsan, ovcuna sığır. Elə ki əlini açdın, açılıb uzağa hoppanır...
- Cavan qızsan, hardandı səndə bu bilgilər?
- Hardan oldum azyaşlı, artıq qocalıram.
- Neçə yaşın var?
- 25.
- Sevdiyin olub?
- Olub.
- Ona da belə yanaşmısan?
- İş orasındadır ki, ona bir az ciddi yanaşdım.
- Ona görə ciddiliyə tövbə elədin?
- Hə! Gördüm yox e, ciddi olmaq lazım deyil. Kimə qeyri-ciddi yanaşırsansa, o insanlar sənin yanındadı. Ciddi yanaşdıqların isə səndən uzaqdadır. Eləcə də sevdiyim adamlar, bir az ciddi yanaşdım.
- Bəlkə vaxtından əvvəl onu evlənməyə məcbur etmisən, o da aradan çıxıb?
- Yox. Ona ərə getmək haqqında fikirləşməmişəm. Həmişə istəmişəm ki, o mənim həyatımda olsun. Bilim ki, heç olmasa həyatımda dost olaraq var. Ən azından nəfəsini hiss edə bilim. Başqa heç bir şey istəməmişəm.
- Niyə ərə getmək istəməmisən, ailəli olub?
- Yox. Sadəcə, problemlər olub. O məsələdə mən də bir az ciddi idim.
- Bəzən həyatda elə hadisələr var ki, onlar insanın gələcək taleyinə ömürlük təsir edir. İnsanı birdən-birə dəyişir.
- Yox, mən xəyanətdən sonra dəyişdim. Məktəbdə sinif yoldaşlarımın, universitetdə tələbə yoldaşlarımın, sevdiklərimin, dostlarımın, iş yoldaşlarımın xəyanətindən sonra dəyişmişəm.
- İnsanın həyatında xoşagəlməzliklər təkrarlanırsa, bu onun öz səhvidir, demək...
- Mənim günahım hamını sevməyimdə və sadəlövh olmağımdadır.
- Hamını sevməyi hesaba alma, günahı sadəlövh olmağında axtar.
- Həyat çox dəyərsizdi, görünüş, sağlamlıq elə tez insanı tərk edə bilər ki, mən onu dərk elədiyimə görə, sadəlövhlüyü üstün tuturam.
- Bəs sən bilirsən ki, sənin önəmli kartın görünüşündü?
- Yox. Məncə, xasiyyətimdədir. İnsanlar mənim səmimiyyətimi çox sevirdilər. Efirdə o qədər də gözəl görünmürdüm. Məni həyatda görən insanlar deyirdilər ki, sən tamam ayrı insan imişsən, efirdə necə çirkin idin. O gözəl işıqlar məni tamaşaçıya rəzil günündə göstərirdi. Ona görə mən xarici görünüşümə güvənmirəm. İstəyirəm elə belə də olsun. Daxilimə görə dəyər versinlər.
- Efirdən sonra nə dəyişdi? Kişi pərəstişkarların çoxaldı?
- Hə. Onlardan danışma. 4 ay efirdə olduq, rekord populyarlıq əldə etdim. Şəhərdə hamı məni tanıdı. Məni görəndə hamının üzündə təbəssüm yarandı.
- Sən bilirsən, səni görüb əsəbiləşən neçə insan var?
- Mən onlara bir şey demək istəyirəm. Bir az həyata qeyri-ciddi yanaşsınlar. Bir az yayılsınlar, özlərini rahatlasınlar, həyata mənim gözümlə baxsınlar. Onda bir az xoşbəxt olacaqlar.
- Həyata sənin gözünlə baxsalar gərək həmişə aldatsınlar, kişilər pul xərcləsin, qadınlar mağaza gəzsin.
- Kişi qadına nə üçün lazımdır? Allah kişini fiziki olaraq qadından güclü yaradıb. Kişinin evdə yeri var. Evə ki pul gətirmədi, getsin öz sevgilisinin yanında qalsın.
- Sənin düşüncənlə fəhlə evlənməməlidi?
- Evlənsin! Amma maaşını evinə gətirsin.
- Onun pulu azdı axı...
- Nə dəxli var ki! Ona gedən xanım bunu nəzər alıb ərə gedir də! Özü də mən insanların maddiyyatına dəyər vermirəm. Belə qeyri-ciddi görünməyimə baxma e. Çox ciddi məqamlarım var. Qoy məni hamı qeyri-ciddi tanısın. Mən o fəhləyə daha çox dəyər verirəm, nəinki ata pulu ilə fırlanan oğlanlara! O, açarını atasına qaytarıb bir həftə pulsuz gəzsə, vərəm tapıb ölər.
- Amma sən fəhləyə ərə getməzsən, papa oğluna gedərsən!
- Yoox! Nə danışırsan! Mən pul qazanan oğlana gedəcəm. Özü, özü pul qazanan oğlana! Gətirəcək mənə göstərəcək ki, bax, bu mənim öz pulumla qazandıqlarımdı.
Leyla

2038