"Damlaya, Şəbnəmə qulaq asa bilmirəm" - QALMAQALLI AÇIQLAMA - VİDEO
30 yanvar 2020 16:14 (UTC +04:00)

"Damlaya, Şəbnəmə qulaq asa bilmirəm" - QALMAQALLI AÇIQLAMA - VİDEO

Müğənni Lətifə Soyuöz qalmaqala səbəb olacaq açıqlamalar verib.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, Damla ilə Şəbnəm Tovuzlunun mahnılarına qulaq asa bilmir:

“Bu gün mənim üçün trend göstərici deyil. Mənim üçün trend xaricdə konsert verməkdir. Gedin xaricdə mahnı oxuyun, onlar da sizi alqışlasın. Müğənnilərimizi dinləyirəm. Məsələn, Faiq Ağayevin, Aygün Kazımovanın hər hansı bir mahnısına qulaq asa bilərəm. Pərviz Bülbülə ilə Türkan Vəlizadə öz janrlarını yaradıblar. Heç kimə bənzəmirlər.  Yalandan deyə bilmərəm ki, heç kəsə baxmıram, qulaq asmıram. Bu yalan olar. Türkanla Pərvizə deyə bilmərəm ki, zövqsüzdürlər.

Damla ilə Şəbnəm Tovuzluya qulaq asmıram. Yalandan deyə bilmərəm ki, mahnılarını eşitməmişəm. Rastıma çıxıb, qulaq asmışam. Çalışqandırlar. Amma mənim qulaq asacağım musiqi deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5039

Oxşar yazılar