"Arsenal" "Real Sosyedad"dan yarımmüdafiəçi Martin Zubimendi ilə müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, ispaniyalı futbolçu "Topçular"ın mövsümlərarası ilk yeni transferi olacaq.
Məlumata görə, artıq müqavilə tam rəsmiləşib və Zubimendi Londonda bütün rəsmiləşdirmələri başa çatdırıb. Transfer məbləği təxminən 65 milyon avrodur və bir neçə mərhələdə ödəniləcək.
Ötən mövsüm futbolçu "Real Sosyedad"ın heyətində bütün turnirlərdə 48 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt 26 yaşlı yarımmüdafiəçinin dəyərini 60 milyon avro qiymətləndirir.