Xəyanətə görə dostunu öldürdü, arvadını isə... - Samuxdakı qətlin TƏFƏRRÜATLARI
22 iyun 2022 12:30 (UTC +04:00)

Xəyanətə görə dostunu öldürdü, arvadını isə... - Samuxdakı qətlin TƏFƏRRÜATLARI

Samuxda törədilən qətlin təfərrüatları məlum olub. 

Qətli törətməkdə şübhəli bilinən Mədət Tağıyevin atası Fəzail Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, qətlə yetirilən Cavid Əliyev və hadisəni törədən Mədət Tağıyev dost olublar:

“Mədət evdə ailəsi ilə yemək yeyərkən arvadı Aygünün dostu Cavidlə telefonla mesajlaşmasını tutub. Buna görə də xəyanətdə şübhələnib və Cavidi evinin qabağına çağırıb. Burada ona 4 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra evə gəlib arvadı Aygünə də 1 bıçaq vuraraq, onu yaralayıb”.

Qeyd edək ki, öldürülən Cavidin 2 azyaşlı uşağı var.

Hazırda prokurorluqda istintaq araşdırmaları davam etdirilir.

***
Saat: 10:30

İyunun 22-i saat 1 radələrində Samux rayonu, Füzuli kəndi ərazisində 33 yaşlı Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 32 yaşlı Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6537
avatar

Mehman Nəbiyev

Oxşar yazılar