Türkiyədə şəhid ailəsinə qarşı dələduzluq edən dəstə ələ keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə ölkənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat yayıb.
Nazir bildirib ki, şəhid ailəsinə zəng edənlər özlərini dövlət məmuru kimi təqdim edərək 846 min lirə (təxminən 34 min 770 manat) dələduzluq ediblər.
Daxil olan müraciət əsasında keçirilən əməliyyat zamanı cinayətdə şübhəli bilinən 11 nəfər saxlanılaraq, həbs olunub.