Daşkəsəndə baş verən intiharla bağlı bir sıra detallar müəyyən olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Pirverdilər kənd sakini Fərman Həsənov bu gecə özünü yaşadığı evdə asaraq həyatına son qoyub. Ailəli olub, azyaşlı bir qızı və bir oğlu var. Həyat yoldaşı bir müddətdir xəstəxanada yatır. İntihardan öncəki məktubunda, “Oğlum və qızım sizi çox sevirəm. Məni bağışlayın” sözlərini yazıb.
Onun Vətən Müharibəsində könüllü iştirak etdiyi, dekabr ayında tərxis olunduğu bildirilir.