"Torqovı"da azyaşlılar mağazanı qarət etdilər-VİDEO -YENİLƏNİB
17 fevral 2021 10:36 (UTC +04:00)

"Torqovı"da azyaşlılar mağazanı qarət etdilər-VİDEO-YENİLƏNİB

Paytaxtın Səbail rayonunda fevralın 15-də "Əli və Nino" kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

***

16.02.2021

Saat:12:36

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin mərkəzi filialı qarət olunub.

Lent.az xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli özünün sosial şəbəkə hesabında məlumat verib:

“Hadisə dünən axşam saat 9-da Fəvvarələr meydanındakı filialımızda olub. Üç nəfər filiala daxil olub, biri satıcının başını qatıb. İki nəfər isə işçilərin geyinib-soyunma otağına daxil olaraq, paltarların ciblərini qarət edib. Bundan əlavə, telefon və digər əşyaları da götürüblər”.

Təsisçi oğrulara üzünü tutaraq, hansı hisslər keçirdiyini dilə gətirib: “Bir ofis yaxud filial qarət olunanda nələr keçirdiyimizi anlayarsan. Özü də hadisənin Bakının mərkəzində olması çox acı gəlir. Dünən polisə məlumat verdik və hazırda araşdırmalar aparılır”. 

"Əli və Nino"nun mərkəzi filialı qarət olundu

# 3573
avatar

Mehman Nəbiyev

Oxşar yazılar