Bərdədə mağaza qarət olunub.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon ərazisindəki bir mağazadan 480 manat pul, 2439 manat dəyərində danışıq kartı, tütün məmulatı, lotereya biletləri, bir şərab evindən isə 1184 manat dəyərində spirtli içki, tütün məmulatları və su oğurlanıb.
Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini N.Novruzov saxlanılıb.