Salyanda kişi keçmiş arvadını bıçaqladı, betonla başını əzdi
14 avqust 2025 11:42 (UTC +04:00)

Salyanda kişi keçmiş arvadını bıçaqladı, betonla başını əzdi

Salyanda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Seyyidmehdi Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayət Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seyyidmehdi Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 31 dekabr 2024-cü ildə baş verib. İttihama görə, Seyyidmehdi Babayev keçmiş arvadı Şəbnəm Əliyevanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Daha sonra yumruq və beton parçası ilə başına zərbələr endirib.

Ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar