Şahidlər həbsdəki keçmiş icra başçısının məhkəməsinə gəlmir – Hakim...
14 mart 2022 11:53 (UTC +04:00)

Şahidlər həbsdəki keçmiş icra başçısının məhkəməsinə gəlmir – Hakim...

İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkil bildirib ki, iş üzrə şahid qismində tanınan şəxslər prosesə gəlmir. 

Vəkilin fikrincə, ona görə də məhkəmə həmin şahidlərin prosesə məcburi gətirilməsinə qərar verməlidir. 

Hakim bildirib ki, şahidlər növbəti prosesə gəlməsə, bu barədə müvafiq qərar qəbul ediləcək.

Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

# 2913
avatar

Fidan İlqar

Oxşar yazılar