Rayon sakinlərini şantaj etmək istəyənlərə cinayət işi açıldı
12 mart 2021 14:12 (UTC +04:00)

Rayon sakinlərini şantaj etmək istəyənlərə cinayət işi açıldı

Ağstafa Rayon Polis Şöbəsinə cari il fevral ayının 14-də və 15-də internet xəbər saytlarından birində bölgə müxbiri işləyən, əvvəllər məhkum olunmuş F.Quliyevin və Ağstafa şəhər sakini V.Zeynalovun rayon sakinləri Z.Qasımov və Z.Mustafayev barəsində sosial səbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan 500 manat pul tələb etmələri barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin  Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq araşdırmaları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Mehman Nəbiyev

Oxşar yazılar