Qonşusunu qəsdən öldürdü
23 iyul 2021 11:08 (UTC +04:00)

Qonşusunu qəsdən öldürdü

İyulun 22-də  Neftçala rayonu, Bankə qəsəbə sakini 1989-cu il təvəllüdlü Mirağa Musayevin almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az xəbər verir ki, aparılan araşdırma zamanı müəyyən edilib ki, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb. 

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Famil Baloğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq  davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Oxşar yazılar