Qohumunun evini qarət edən qadın tutuldu
29 mart 2021 15:37 (UTC +04:00)

Qohumunun evini qarət edən qadın tutuldu

Martın 28-də Xətai rayon ərazisindəki evlərin birindən 500 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini, ev sahibəsinin qohumu M.Mustafayeva müəyyən edilərək saxlanılıb.

# 1425
avatar

Mehman Nəbiyev

Oxşar yazılar