"Azərişıq" işçiləri ilə İNSİDENT:  "Üzr videosu paylaşacam, həbs etməyin"
27 sentyabr 2025 16:29 (UTC +04:00)

"Azərişıq" işçiləri ilə İNSİDENT: "Üzr videosu paylaşacam, həbs etməyin"

0

Bərdədə gənc oğlan işıqlarını kəsən “Azərişıq” əməkdaşlarını söyüb və görüntüləri sosial şəbəkədə paylaşıb.

Lent.az-ın məlumatına görə, hadisə Uğurbəyli kəndində qeydə alınıb.

Borcları ödənilməyən evin işığını xəttdən ayırmaq üçün gələn “Azərişıq” ASC əməkdaşları müqavimətlə üzləşib. Həmin evdə yaşayan 28 yaşlı Maqsud Həsrətov (ad və soyad şərtidir) işıqlarını kəsən əməkdaşları nalayiq ifadələrlə təhqir edib və bu anları telefonla çəkərək sosial şəbəkədə paylaşıb.

Nəticədə ruhi xəstə olan Maqsud saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub. İfadəsi zamanı Maqsud, işıqları kəsiləndən sonra serebral iflic xəstəsi olan qardaşının vəziyyətini pis olduğunu görüb və əsəbiləşərək bu hərəkəti etdiyini deyib. O, peşman olduğunu və yaxın günlərdə üzr videosu çəkəcəyini deyərək, həbs olunmamasını xahiş edib.

Bərdə rayon Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə Maqsud Həsrətov barəsində 100 manat cərimə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar