Qaynı qadını  ürəyindən vurdu
01 aprel 2022 09:48 (UTC +04:00)

Qaynı qadını ürəyindən vurdu

Martın 31-i saat 20 radələrində Cəlilabad rayonu, Sarxanlı kənd sakini, 49 yaşlı Südabə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin ərinin qardaşı 56 yaşlı Mehdi Həsənovun birgə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Südabə Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mehdi Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, S. Həsənovanın mülk üstündə öldürülüb..

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

Mehman Nəbiyev

Oxşar yazılar