Qayınana və qayınata QATİLİ MƏHKƏMƏDƏ
20 may 2021 09:10 (UTC +04:00)

Qayınana və qayınata QATİLİ MƏHKƏMƏDƏ

Ötən ilin sentyabr ayında qayınata və qayınasını öldürən  Rəhman Osmanovun cinayət iş iüzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.

Xatırladaq ki, hadisə 2020-ci il sentyabrın 18-də Xaçmazın Ləcət kəndində baş verib. 46 yaşlı Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasını güllələyib.

Aldığı xəsarətdən qaynanası,57 yaşlı Sona Aslan qızı Yunusova yerindəcə ölüb, qaynatası Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Mehman Nəbiyev

Oxşar yazılar