Qadının çantası avtobusda oğurlandı
31 mart 2021 13:21 (UTC +04:00)

Qadının çantası avtobusda oğurlandı

Bakıda qadının çantası oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 29-da sərnişin avtobusunda Bakı şəhər sakini A.Almuradovanın çantası içərisində 150 manat, bijüteriya və sənədlər olan pulqabısı ilə birgə oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Məmmədli saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

# 1518
avatar

Mehman Nəbiyev

Oxşar yazılar