Ov zamanı dostunu qunduzla  səhv salıb öldürdü
26 aprel 2025 10:19 (UTC +04:00)

Ov zamanı dostunu qunduzla səhv salıb öldürdü

Rusiyanın Tümen vilayətində ov zamanı təsadüfən dostunu öldürən kişiyə hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2024-cü ilin əvvəlində baş verib, iki kişi Zyryanka kəndi yaxınlığında ova çıxıb. Təqsirləndirilən şəxs gecəgörmə cihazı ilə əraziyə baxış keçirərkən siluet görüb və bunun qunduz olduğunu düşünərək atəş açıb. Güllə dostunun qarnına dəyib.

Atəş açan şəxs təcili yardım çağırıb və baş verənləri polisə danışıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə zərərçəkmişin ailəsinə mənəvi ziyana görə 2 milyon rubl təzminat ödəməyi tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar