Sumqayıtda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girmiş 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Meyit eksqumasiya edilib, şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.